Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
110
aləmin dərk olunmasının təcrübədə yoxlanmış nəticəsi”
anlamını ifadə edir [156,s.67].
-ım
4
; Bu
şəkilçi obyekt, vasitə, proses adı bildirən
terminlər düzəldir, məsələn
: seçim, yığım, doğum, ölüm;
Düzüm sözü “mozaika tipli verilişlərdə,
xüsusən informasiya
proqramlarında materialların (vizual, şifahi) aktuallığına,
ictimai
əhəmiyyətinə, məna bağlılığına görə ardıcıl
düzülməsi”dir [195,s.58]. Yaxud,
yayım sözü müxtəlif
məzmunda yayım verilişlərinin təşkili, hazırlanması və elektrik
rabitəsi vasitələrinin köməyi ilə geniş dinləyici və tamaşaçı
auditoriyasına çatdırılması deməkdir [192,s.317].
Doğum
sözü“nəsli təşkil edən insanlar məcmusunda, yaxud nəsillər
məcmusunda uşaq doğumu prosesi”dir [181,s.127].
Ölüm sözü
“insan və ya heyvanın həyatının sona çatması”, “ömrün
nəhayəti, vəfat, ölmə” deməkdir və
eyni vaxtda bir neçə sahə
üzrə xüsusiləşərək terminləşmişdir [154,s.550]. Belə ki, termin
kimi “nəslin ölüb-getmə prosesi, əhalinin təkrar istehsalının iki
əsas proseslərindən biri”, biznes registrdə “bilavasitə statistik
vahidlərə aid olan demoqrafik hadisə”, demoqrafik statistikada
isə “insan orqanizminin həyat fəaliyyətinin bərpa olunması
mümkün olmayan dayanması”dır [181,s.520].
-ma
2
; Bu şəkilçi məhsuldar bir şəkilçi kimi məsdərin son
samitini itirməsi ilə əmələ gəlib,
feli isim tipli terminlər
yaradır. –
ma
2
şəkilçisi ilə düzələn ümumişlək sözlər daha çox
terminləşir. Məsələn:
boşanma, bölmə, bölünmə, gecikmə,
udma, udulma, qarışma, seçmə, ayırma; Bölmə sözü
ümumişlək söz kimi bir neçə mənada işləkdir: “riyaziyyatda bir
sayda neçə sayın olduğunu”, “bölmə əməli, bölmə cədvəli”,