Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
126
Ümumişlək sözlərin
omonimiya hadisəsi əsasında
terminləşməsi prosesində nəzərə çarpan əsas məsələlərdən biri
də onların mənalarının fərqli olmaları ilə yanaşı, ifadə etdikləri
məfhumlarından bir-birindən çox fərqlənməsidir. Omonimiya
hadisəsi nəticəsində ümumişlək sözlərin terminləşməsi
hallarına da bir çox elmi sahələrdə rast gəlinir. Bu zaman söz
ümumişlək mənasından tam ayrılaraq fərqli mənada elm
sahəsində xüsusiləşərək terminləşir, məsələn,
aşıq sözü “xalq
xanəndəsi” deməkdir, eyni sözə anatomiya sahəsində tam fərqli
mənada rast gəlirik. Tibbi sahəsində bu söz “diz qapaqlarından
çıxan oynaq sümüyünün adı”dır [187,s.20].
Semantik üsulla terminologiyanın
digər inkişaf istiqaməti
sözün elmin bir neçə sahəsində müxtəlif anlayışları ifadə
etməsidir. Bu tip terminlər mənanın genişlənməsi prosesi ilə
yaranmışdır. Məsələn,
bığcıq sözü həm zoologiya,
həm də
botanika sahəsində termindir. Zoologiya sahəsində “cücülərdə
başın öz tərəfindən irəliyə doğru uzanan buğumlu və çox
zaman tükə oxşayan hiss orqanı”, botanika sahəsində isə
“bitkilərin yarpaqlarında və saplaqlarında sapşəkilli törəmələr”,
nəbatət termini kimi isə “çiçəkli bitkilərdə dayağa bərkidilmə
üçün xidmət edən şəklini dəyişmiş yan zolağı” deməkdir
[199,s.42]. Yaxud,
çiçək sözü ümumişlək söz kimi bitki, gül
deməkdir. Botanika sahəsində söz “çılpaqtoxumlu və
örtülütoxumlu bitkilərin ləçək tacından və erkəkciklə
dişicikdən ibarət çoxalma orqanı”, tibbdə isə “dəridə və selikli
qışalarda qabarcıqlı səpgi və titrətmə-qızdırma şəklində təzahür
edən ağır keçici xəstəlik” deməkdir. Qeyd olunan nümunələrdə
həm anlayış, həm də məna fərqliliyi müşahidə olunur.