Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
118
üzgüçülükdə hərəkətlərin biri- “vertikal vəziyyətdə ayaqların
maksimal işlənməsi hesabına bədənin başqa yuxarı hərəkəti”,
“irəli çəkilmiş və bükülmüş dayaq ayağı ilə,
digər ayaq diz
gövdə vertikal olmaqla vəziyyət”,
qılınc oynatmada “dizdən
qatlanmış bir ayağın təkanının ardınca irəli qoyulmuş digər
təkan ayaqla icra olunan hücum üsulu”,
stolüstü tennisdə
“qısaldılmış və ya çəp zərbələri qəbul etmək üçün yerdəyişmə
üsulu”,
bodibildinqdə və paurliftinqdə isə “dayaq ayağının
qatlanıb irəli qoyulmaqla o biri ayağın düz və ya azca bükülü,
gövdənin isə vertikal olduğu vəziyyət” anlamlarında
xüsusiləşərək termin kimi formalaşmışdır [171,s.29].
Ümumişlək
söz kimi feil, müəyyən sahələr üzrə xüsusi məna
kəsb edərək terminləşdikdə isə isim vəzifəsində çıxış edir.
Ümumişlək sözün əlavə məna qazanaraq terminoloji
sahədə xüsusiləşməsi onun çoxmənalı
lüğəvi semantikaya
malik olması ilə əlaqədardır. Sözün mənasının dəyişdirilməsi
onun məna çalarlarından birinə əsaslanır. Terminin eyni elmi
sahədə bir neçə məna ifadə
etməsi isə terminlərin
çoxmənalılığına gətirib çıxarır. Bu isə terminologiyada məqbul
sayılmır. Məsələn,
seçim termini telekommunikasiya sahəsində
iki mənada işlənir: “siqnalın tezliyə, zamana və amplitutadaya
görə seleksiyası” və “kanalların, rabitə xətlərinin və ya digər
şəbəkə obyektlərinin təyin olunmuş kriteriyalarına görə
ayrılması” deməkdir. Bu terminin dəqiq hansı mənada
işləndiyini bilmək üçün onun
mətn daxilində işlənmə məz-
mununa nəzər yetirmək lazımdır. Bu halda isə termin
kontekstdən asılı olur və əlavə izaha ehtiyac duyulur.