Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
134
mənada “qabaqlayıcı quyuların qazılması üçün istifadə olunan
səyyar yarımdalma qazma qurğusu” kimi rast gəlinir [173,s.5].
Dil yalnız leksik cəhətdən yeni söz kimi meydana çıxan
vahidlər hesabına deyil, həm
də əvvəlcədən mövcud olan
sözlərin mənaca dəyişməsi və yeni məna alması ilə zənginləşir.
Beləliklə, əvvəl mövcud olan sözlə yeni anlayış, yeni məfhum
ifadə olunur. Yəni əvvəlcədən dildə mövcud olan söz müəyyən
elmi sahə üzrə xüsusiləşir. Bu baxımdan, H.Həsənov dilimizin
terminoloji leksikasını üç qrupa ayırır: 1.Ümumişlək leksika;
2.Ümumi elmi leksika; 3.Terminoloji leksika [36,s.54].
Dildə əvvəl mövcud olan sözlər hesabına terminoloji
leksikanın zənginləşməsi torpaqşünaslıq elmində də nəzərə
çarpır.
Ətraf mühitin mühafizəsi, ekologiya problemləri
torpaqşünaslıq elminin daha da aktuallaşmasına səbəb oldu.
Torpaqşünaslıq elmində xeyli sayda ümumişlək söz və ya peşə-
sənət sözlərinin terminləşməsi halına rast gəlinir. Məsələn, “bir
çox xalqların təsərrüfat fəaliyyətləri (heyvandarlıq) ilə əlaqədar
olan həyat tərzi” anlamında işlənən
köçərilik sözü buna misal
ola bilər. Köçərilik ibtidai icma quruluşu dövründə ilkin ictimai
əmək bölgüsü zamanı meydana gəlmişdir. Afrika və Asiyanın
bir çox inkişaf etməkdə olan ölkələrində hələ də, qalmaqdadır
[214,s.71].
Otlaq “mal-qaranın otarılması üçün istifadə olunan və ot
durumuna malik təsərrüfat yeri”,
quruluq “iqlimin səciyyəvi
əlamətləri ilə şərtlənən ərazinin daimi xarakteri” mənalarında
termindirlər [214,s.76,87].
Quruluq sözü, həmçinin “quru,
yaxud qurumuş şeyin halı” mənalarında da ədəbi dildə işləkdir
[214,s.87]. Yaxud da,
suvarma “bitkilərin rütubətlə təminatı və