Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
140
1.
İki elm sahəsində transterminləşən terminlər; İki elm
sahəsində transterminləşmə dedikdə, eyni sözün iki müxtəlif
elm sahəsində fərqli mənada xüsusiləşməsi nəzərdə tutulur.
Məsələn,
əməliyyat sözü tibbi terminoloji lüğətdə “bəzi
xəstəliklər, yaxud yaralanmalar zamanı
müalicə məqsədi ilə
bədənin hər hansı bir yerində icra edilən cərrahlıq işi” kimi
izah olunub [213,s.111]. Eyni sözə iqtisadi termin kimi
“iqtisadi qiymətlərin yaradılması, dəyişdirilməsi, mübadiləsi,
ötürülməsi və ya ləğv edilməsi
əks etdirən və mal və ya
maliyyə aktivlərinə mülkiyyət hüququnun dəyişməsi, xidmət
göstərilməsi, yaxud əmək və kapitalın verilməsini birləşdirən
iqtisadi axın” mənalarında da rast gəlinir [181,s.199].
Terminologiyanın zənginləşməsində transterminləşmə
yolu ilə yaranan terminlər yeni anlayışların yaranmasında
aparıcı faktor kimi nəzərə alınmalıdır. Termin yaradıcılığı yal-
nız terminologiyada özünü göstərən spesifik
xüsusiyyətləri ilə
fərqlənir. Məsələn,
müdafiə sözü hüquq termini kimi məhkəmə
prosesində müdafiə edən tərəf (ittiham qarşılığı)
idman termini
kimi isə “futbol, xokkey və b. oyunlarda komandanın,
meydanın müəyyən sahəsini qoruyan, müdafiə edən hissəsi”
deməkdir [171,s.406].
Dərəcə sözü riyaziyyatda dairənin 1.360
hissəsinə bərabər bucaq riyaziyyat, maliyyə termini kimi isə
“qiymətli kağızların və valyuta məzənnələrinin və indekslərinin
kəmiyyətlərinin dəyişmələrini ölçmək üçün istifadə edilən ölçü
vahidi” mənasında termindir [152,592], [147,s.66], [205,s.42].
Azərbaycan dilində bu yolla söz yaradılması başqa dillərdə
olduğu kimi, semantik hadisələr əsasında əmələ gələn sözlərdə
müşahidə olunur. “Dildə bu
və ya digər omonimin daxili