Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
144
prosesində hər hansı söz yaradılarkən
dildə mövcud olan söz
yaradıcılığı üsulları kifayət edirsə, termin yaradıcılığı prosesində
bu üsullar kifayət etmir. Çünki termin yaradıcılığı daha geniş
mənanı ifadə edir. Ə.Dəmirçizadə yazır: “Dilin öz lüğət
ehtiyatından alınıb terminə çevrilmiş sözlərin həmin dildə
müxtəlif məqamlarda işlənmə imkanı başqa dildən alınma
terminlərə nisbətən daha çox olduğundan belə sözlərin
məqsədəuyğunluğu əsasında termin kimi, ya ümumişlək söz kimi
işlədilməsinə ehtiyatla yanaşmaq və sözü işlədərkən bütün bu in-
cəlikləri nəzərə almaq lazımdır” [20,s.63]. Çünki ümumişlək söz
terminə çevrilərkən onlar elmi sistemdə müəyyən məna kəsb edir
və bununla da sözün əvvəl qeydə alınmış mənasına yeni bir məna
əlavə olunur.
Ümumiyyətlə, terminologiya ilə məşğul olan mü-
təxəssislərin gəldikləri ümumi qərara əsasən, milli termin
yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır. S.Sadıqova yazır:
“Terminalma dilin terminoloji sisteminin zənginləşməsi yo-
llarından biri olsa da termini ifadə
edə bilən bu üsuldan imkan
daxilində az istifadə edilməsi məqsədəuyğundur. Dilin daxili
imkanları hesabına yaranan terminlərə üstünlük verilməlidir”
[204,s.7]. Bu həm terminlərin asan tələffüz edilməsinə, həm də
tez yadda saxlanılmasına kömək edir.
Deyilənləri ümumiləşdirsək,
belə qərara gələrik ki,
ümumişlək sözlərin terminoloji funksiya daşıması bütün elm
sahələrində müşahidə olunur. Bu isə öz növbəsində elmi an-
layışı daha konkret ifadə etməyə yardımçı olur. Eyni zamanda
yeni yaranan anlayışın alınma sözlərlə deyil, dildə mövcud
olan
sözlərin mənaca dəyişməsi, semantik inkişafı ilə yar-
anmasına səbəb olur.