Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
128
Biologiya, epidemiologiya sahələri üzrə də ümumişlək
sözlərin terminləşməsi hadisələrinə rast gəlirik.
Terminlər və
ümumişlək sözlər arasındakı fərq onların işlənmə dairəsi, aid
olduqları üslublar və funksional cəhətləridir. Termin və
ümumişlək
sözlər
arasındakı
sərhəddi
qeyd
edən
Ə.Dəmirçizadə yazır: “Terminlər müasir elmin, texnikanın və
mədəniyyətin bütün sahələrindəki xüsusi məfhumların
dəqiq
ifadəçiləri olaraq dilin lüğət tərkibindəki sözlərin böyük
çoxluğunu təşkil edir. Miqdarca ümumişlək sözlər terminlərdən
qat-qat az olur, lakin işləklik nisbətinə gəldikdə isə əks halla
rastlaşırıq. Hətta terminlərin canlı ifadələrdə,
cümlələrdə
işlədilməsi bir sıra hallarda ümumişlək sözlərdən asılı olur və
terminlər, əsasən məhdud bilik sahəsi ilə əlaqədar dairələrdə
işlənir” [19,s.90]. Ədəbi dildə “mıx vurmaq, metal döymək və
s. bu kimi işlərdə işlədilən metal və ya taxta dəstəyə keçirilmiş
müxtəlif formalı metal alət; toxmaq”, “metalı təzyiqlə işləmək
üçün zərbvuran maşın” və “atmaq, tullamaq üçün çəkicə oxşar
idman aləti” mənalarında işlənən
çəkic sözü
biologiya
sahəsində “eşitmə üzvünün səsi gücləndirən sümüklərdən biri”
mənasında terminləşmişdir [152,s.460], [160,s.143]. Əlbəttə ki
çəkic sözü ilkin qeyd olunan mənalarda daha çox yadda qalır
və işləkdir, amma bu da reallıqdır ki,
eyni söz biologiya
sahəsində zahiri oxşarlıq əsasında semantik baxımdan inkişaf
edərək xüsusiləşmiş və terminə çevrilmişdir. Deməli,
“semantikasında çoxmənalılıq olan sözlərin əsas və əlavə mə-
naları müxtəlif cəhətlərə görə fərqlənir, lakin bu mənaların
vahid məna ətrafında
birləşməsi, onların dərk edilməsi
təfəkkürün
abstraktlaşdırma
xüsusiyyəti
ilə
bağlıdır”