Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
123
variantına malik olan sözlərin dilin inkişafı boyu əvvəlki məna
variantını saxlamaqla yeni məna variantları qazanmasıdır.
...Mənaca artma çox vaxt sözün işlənmə dairəsinin,
funksiyasının genişlənməsi ilə qoşa, paralel yaranan və
fəaliyyət göstərən prosesdir” [70,s.68]. Deməli, mənaca keçmə
prosesində sözün əvvəlki mənası ilə əlaqələri tam itir və söz
tamamilə yeni məna qazanır, məsələn:
yastı sözü
ədəbi dildə
“səthi düz, üzərində girinti, çıxıntı olmayan”, “çox qalın və
hündür olmayan”, “alçaq” mənalarında işlənir maliyyə termini
kimi isə “artımsız faizlə alınıb satılan istiqrazlar” mənalarında
işlənir [155,s.548], [179,s.223]. Göründüyü kimi, söz
terminləşdikdə əvvəlki mənası ilə əlaqəsi tam itmiş və yeni
mənalı söz yaranmışdır.
Mənaca artma və ya mənaca keçmə prosesi ümumişlək
sözlərin terminləşməsi prosesində də rast gəlinən hadisədir.
Belə ki, söz ümumişlək söz kimi öz mənasını saxlayır, amma
terminləşdikdə qazandığı məna ilə əvvəlki məna arasında heç
bir əlaqə olmur. Məna dəyişməsi əsasında terminləşmə
prosesində sözün ümumişlək mənası demək olar ki itir. Söz
əvvəlki mənasından tamamilə uzaqlaşır, yeni yaranmış məna
ilə əvvəlki məna arasında heç bir əlaqə olmur. Məsələn,
balıq
sözü “qəlsəmə ilə tənəffüs edən, temperaturu dəyişən, üzgəclə
hərəkət edən su heyvanının adı”nı bildirir [152,s.214].
Maliyyə
termini kimi isə tam fərqli mənada “səhm buraxılışı üçün ilkin
prospekt” kimi işlənir [189,s.34]. Göründüyü kimi,
balıq sözü
terminləşərkən əvvəlki mənasını
tam itirir və maliyyə
sahəsində yeni fərqli məna qazanır. Bu prosesi M.Qasımov
mənanın xüsusiləşməsi kimi izah edir. “Bu və ya digər söz yeni
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
124
məcazi mənada intensiv surətdə işlənilməyə başladıqda onun
əvvəlki mənası bəzən arxa plana keçir, daha doğrusu, sözün
mənasının xüsusiləşməsi prosesi baş verir” [47,s.124]. Deməli,
təkcə bu halda mənanın keçməsi və dəyişməsi deyil, eləcə də,
mənanın müəyyən sahə üzrə xüsusiləşməsi prosesi baş
vermişdir. R.A.Budaqov yazır: “Bir sıra
hallarda elə olur ki,
ümumi ədəbi sözə texniki cəhətdən məna verərkən o daha çox
xüsusi məna kəsb edir və özünün birinci mənbəyindən
uzaqlaşır”[13,s.125].
Ümumişlək sözün terminləşərkən əvvəlki mənasını itirərək
yeni məna qazanması əslində omonimiya hadisəsidir.
S.Sadıqova semantik üsulla yaranan terminləri iki istiqamətdə
qruplaşdırır: “1. Ümumişlək məna daşıyan sözün məna
cəhətdən genişlənib termin mənası ifadə etməsi; 2. Terminlərin
özünün semantik cəhətdən genişlənib daha yeni elmi-texniki
terminoloji məna ifadə etməsi” [85,s.125]. Deməli, ümumişlək
leksika ilə terminoloji leksikanı qarşılıqlı
müqayisə etdikdə
aydın olur ki,
omonimiya hadisəsi iki səviyyədə baş verir:
ümumişlək qatla terminoloji qat arasında və yalnız terminoloji
qatda; Birinci halda ümumişlək söz yuxarıda qeyd etdiyimiz
kimi əvvəlki mənasından tam fərqli mənada maliyyə sahəsində
xüsusiləşir. Məsələn,
öküz “bazar qiymətlərinin getdikcə
artdığını müşahidə edərək, sonradan onları
birjada satmaqda
mənfəət əldə etmək ümidi ilə alan şəxs, birja iştirakçısı”
mənasında termin kimi formalaşmışdır [147,s.254]. Bu hal
omonimiya
hadisəsi
nəticəsində
ümumişlək
sözlərin
terminləşməsidir. Ümumişlək söz kimi sözün leksik mənasında
əyani hissi təsəvvür daha güclüdür, anlayış kimi obyekti