Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
130
terminləşmə prosesində isə omonimlik prosesi nəzərə çarpır.
Çünki çoxmənalılığın sonu omonimlik prosesidir. “Söz terminə
keçəndə öz mənbəyindən assosiativ əlaqəsini kəsir,
müəyyən
elm sahəsinə keçir. Sözün semantik cəhətdən dəyişməsi
nəticəsində xüsusi terminlər fondu yaranır. Həmin söz həm
termin, həm də ümumişlək söz kimi işlənərək omonimlər
əmələ gətirir” [37,s.36].
Bu səbəbdəndir ki, ümumişlək sözlərin
terminləşmə prosesində ən çox isimlər iştirak edir. Bu hala bir
çox elm sahələrində təsadüf olunur ki bunlardan biri də xal-
çaçılıqdır. Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət
növünün ən qədim sahələrindən biri hesab edilir. Azərbaycan
xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın mil-
li mədəniyyəti tarixində özünəməxsus yer tutur. Bu
özünəməxsusluq onun lüğət tərkibində də özünü göstərir.
Xalçaçılıq leksikasına
nəzər salsaq görərik ki, bir sıra
ümumişlək sözlər semantik cəhətdən iki istiqamət üzrə inkişaf
edərək ayrı-ayrı sahələrdə yeni anlayışlar bildirir. Belə ki,
zaman keçdikcə dildə mövcud olan söz əlavə məna qazanaraq
semantik baxımdan inkişaf edir və yeni anlayışı ifadə edir.
N.Hüseynova yazır: “....Ümumişlək leksik vahidlərin mənaca
terminlərə çevrilməsi prosesində iki xüsusiyyət özünü göstərir:
1. Leksik vahiddə fonetik differansiallıq müşahidə edilmir,
ancaq yeni məna formalaşır.
2. Leksik vahidin strukturunda bəzi dəyişikliklər baş verir,
bir söz digər bir sözlə birləşir və yeni bir anlayış ifadə edir”
[36,s.75].
Qeyd olunan birinci hal, yəni xalçaçılıq leksikasında
transterminləşmə iki səviyyədə baş verir:
əvvəlki mənasını