Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
108
müşahidə olunsun. Bu semantik yaxınlıq əsasında terminoloji
leksikada müxtəlif elmi sahələr formalaşır. Məsələn,
balta sözü
“odun doğramaq, ağac kəsmək və s. üçün işlədilən saplı, enli
və itiağızlı dəmir alət”
deməkdir,
neft termini kimi isə “neft və
qaz quyularının qazılmasında tətbiq
olunan qazma alətlərinin
əsas elementi” hesab olunur [197,s.187].
Ümumişlək sözlərin ilkin mənası ilə birgə terminləşməsi
prosesində sadə sözlər üstünlük təşkil etsə də, düzəltmə sözlər
də xeyli saydadır. Dilimizin elmi-texniki, iqtisadi-siyasi
terminologiyanın müxtəlif
sahələri üzrə əmələ gələn
terminlərin bir çox hissəsi bu üsulla yaranır. Morfoloji yolla
termin yaradıcılığı dilimizin sözyaratma prosesinin üzvi tərkib
hissələrindən hesab edilir. Bu qrup isimlər adlardan düzələn
isimlər və feillərdən düzələn isimlər olmaqla iki qrupa bölünür.
Məsələn:
mövsüm+lük ismə -
lük şəkilçisi əlavə etməklə
düzələn bu isim ədəbi dildə “bir mövsüm üçün olan, mövsümlə
əlaqədar olan” deməkdir, termin kimi isə dinamikada
müntəzəm olaraq amillərin təkrarlanan dəyişmələrini əks
etdirən anlayışdır [154,s.393], [181,s.461]. Bəzi isimlər isə
sifətlərə artırılan
–lıq şəkilçisinin köməyi ilə yaranır.
Məsələn
,
sağlam+lıq-“orqanizmin sağlam vəziyyəti”, “bədən
üzvlərinin
hamısının düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal”
anlamında işlənən bu söz termin kimi əhali və fərd üzrə
fərqləndirməklə sosial səviyyədir [155,s.16]. Əhali sağlamlığı
cəmiyyətin inkişafının, həyat səviyyəsinin vacib göstəricisi və
şərtidir [181,s.563]. Yaxud da,
həssas+lıq; Sifətdən düzələn bu
isim “həssas adamın
xüsusiyyəti, keyfiyyəti”, “həssas şeyin
keyfiyyəti” mənalarını bildirir,
epidemioloji termin kimi isə,