Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
166
Alınma terminlərin mənimsəmə dərəcəsi onların milli
sözlərimizlə fonetik, qrafik, morfoloji, semantik və s. cəhətdən
tutuşdurulması yolu ilə müəyyənləşdirilir.
Burada milli sözlər
alınma terminlərin mənimsənilməsi meyarı üçün bir növ etalon
rolunu oynayır. Birinci mərhələdə dilimizə keçid zamanı
alınma termindəki dəyişikliklər nəzərə alınır. Bu mərhələnin ən
səciyyəvi əlaməti çoxmənalı terminin yalnız bir mənasının
alınmasıdır” [67,s.231].
A.A.Reformatski “əcnəbi sözlərin mənimsənilməsi”
dedikdə ilk növbədə onların sözalan dilin fonetik sisteminə,
qrammatik quruluşuna tabe olmasını nəzərdə tuturdu
[125,s.67]. Azərbaycan dilində mənimsənilmə prosesi iki
istiqamətdə baş verir. İlkin
dövrdə zəruri hesab olunan söz,
şəkilçi və ya termin dilə daxil olur, onun fonetik, leksik, qram-
matik normalarına uyğunlaşır. Bu onun geniş kütlə tərəfindən
anlaşıqlı olmasını və işlək olma imkanını artırır. Söz o zaman
mənimsənilmiş hesab olunur ki, o, heç bir izahat olmadan
anlaşılsın. Sözün tam mənimsənilmə
prosesi onun dilin söz
yaradıcılığı prosesində iştirak etməsi ilə bitir. Buna dilimizdə
bəzi sahələrə aid xüsusi sözlərin beynəlxalq morfemlər
– taym
(-time), -şon (-tion), -ing (-ing), -men (-men), -meyker (-maker)
əsasında yaranmasını misal göstərə bilərik:
imicmeyker,
klipmeyker, nyusmeyker.-qram (yun, gramma-cizgi, hərf,
yazılış)- qrafik təsvir, yazı bildirən mürəkkəb sözlərin tərkibi; -
qrafiya (yun.grapho-yazıram) -aşağıdakı mənaları verən
mürəkkəb sözlərin tərkib hissəsidir. 1)
sözün birinci
hissəsindəki əşyanı təsvir, tədqiq edən elm, məs
: biblioqrafiya,
etnoqrafiya; 2) yazının qrafik üsulla əks etdirməsi, çap üsulu: