Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
189
dilində [ş] kimi oxunur.
Aysberq sözü isə eynilə ingilis dilində
tələffüz olunan formada mənimsənilmiş (iceberg)- (buz dağı) -
qütb ölkələrində buzlaqdan qopub dənizlərdə üzən iri buz
parçaları mənasında coğrafiya termindir.
3.Genişləndirilmiş transliterasiya- bu zaman verilmiş
sözün bir və ya bir neçə səs birləşməsi qarşı dilin qrafik yazı
normalarına uyğunlaşdırılır. Beynəlxalq transliterasiya qay-
dalarına əsasən ingilis dilindəki hərf
birləşmələri bu formada
uyğunlaşdırılır:
zh-j, ch-ç, sh-ş, fh-st, kh-x, ya-ya, ye-ye, yi-i;
Ch hərf birləşməsi İngilis dilində [tʃ] kimi tələffüz olunur,
bu səsin qarşılığı Azərbaycan dilində ç hərfi ilə ifadə olunur,
məsələn
; çek (
cheque) – bank tərəfindən hər hansı ödənişin
həyata keçirilməsi üçün hüquqi və maliyyə əsasını təşkil edən
sənəd deməkdir. Burada adətən hesab sahibinin kimin adına və
hansı məbləğdə vəsaitin bank tərəfindən ödənilməsini göstərir.
Hal-hazırda elektron bankçılığın inkişafı kağız çeklərdən isti-
fadənin formasına təsir etmişdir [166,s.45].
Tion hərf birləşməsi [suffiksi] [ʃən] kimi oxunur, bu
tələffüzü Azərbaycan dilində - sya və ya -siya kimi verilir.
Məsələn
, amortizasiya (
amortization)
– vaxt keçdikcə meydana
gələn aşınma nəticəsində aktivlərin
real dəyərinin getdikcə
azalması [166,s.12];
dotasiya (
dotation) – dövlət büdcəsindən
digər səviyyəli büdcələrə onların gəlir və xərclərini
tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaiti
[166,s.57];
innovasiya (
innovation) – a) bir proses kimi texnika
və texnologiyanın yeni nəslini təmin etmək üçün vəsaitlərin
iqtisadiyyatda
yerləşdirilməsi; b) bir obyekt kimi elmi-texniki
tərəqqinin nailiyyətləri olan yeni texnika və texnologiya
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
190
[166,s.142];
inflyasiya (
inflation) – pul vahidinin qiymətdən
düşməsini əks etdirir [166,s.141]. Və ya
korrupsiya
(
corruption) – vəzifəli şəxslərin öz statusundan,
təmsil etdiyi
orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin
status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə fiziki
və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair ne-
mətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq
vəzifəli şəxslərə təklif olunması
və yaxud verilməsi yolu ilə
həmin vəzifəli şəxslərin ələ alınmasıdır [166,s.163].
Sion>sya; sion suffiksi ilə bitən sözlər dilimizə -siya
sonluğu kimi transliterasiya olunmuşlar. Məsələn
, emissiya
[emission]- bütün növ pul nişanlarının və qiymətli kağızların
dövriyyəyə buraxılmasıdır. Pul nişanlarının emissiyası
səlahiyyəti bir qayda olaraq Mərkəzi Banka məxsusdur.
Qiymətli kağızların emissiyası isə həm dövlət, həm də kom-
mersiya qurumları tərəfindən həyata keçirilə bilər. Məhz, bu
cəhətinə görə qiymətli kağızlar dövlət və qeyri-dövlət qiymətli
kağızları qruplarına bölünür [147,s.104]. Yaxud,
sessiya (ses-
sion)-sığortaçının sığorta müqaviləsi üzrə qəbul etdiyi riskin
təkrar sığorta etdirdiyi [təkrar sığortaya ötürdüyü] hissəsi.
Dilimizdə elə sözlər var ki, onlar
həm transliterasiya, həm
də transkripsiya olunmuşlar. Əgər dilimizdə olan bütün ingilis
sözləri transliterasiya olunsaydı, belə halda sözlərin əksəriyyəti
tanınmaz şəklə düşərdi. Lakin transkripsiya olunanda onlarda
fonetik qabıq saxlanılır və alınan sözlər orijinala yaxın vəziyyət
alır.
Bəzən suffikslər qrammatik funksiyasına əsasən dilimizə
transliterasiya olunurlar. Məsələn, -
tion, -ysm şəkilçiləri İngilis