Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
192
və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə
vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.
Bəzi terminlər dilimizə transliterasiya olunduqda sözün
sonuna müəyyən hissəciklər artırılır, məsələn
: subsidiya
(
subsidy) – dövlət büdcəsindən muxtar büdcələrə, yerli büdcə-
lərə və hüquqi şəxslərə əvəzsiz
verilən maliyyə vəsaitidir
[147,s.318]. Yaxud,
logistika (
logistics)
– istehsal, bölgü,
mübadilə və istehlak sferalarında material resursları axınının
səmərəli qaydada ən az xərclə çatdırılmasını təmin edə biləcək
təsərrüfat fəaliyyətinin məcmusu;
lisenziya (
licence)
-
qanunvericiliklə müəyyən edilmiş hallarda sığorta sektorunda
peşəkar fəaliyyətin həyata keçirilməsinə
rəsmi icazə verən
səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənəd [166,s.180];
ipoteka (
hypothec or mortgage) – öhdəliyin icrasının təmin
edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə
üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların
girovu deməkdir [147,s.161].
Transkripsiya, transliterasiya və tərcümə üsulları üçün
ortaq cəhətlər var. Hər üçü alınma sözlərin dildə mənimsənilmə
üsuludur. Fərqli cəhət isə bu hadisələrin baş vermə halıdır.
Azərbaycan dilində terminoloji leksikanın
inkişaf
istiqamətlərindən biri də alınmaların semantik cəhətdən
mənimsənilməsidir. Bu tip alınmalar ekstralinqvistik amillərlə,
xalqın tarixi, elm və texnikanın müvafiq sahəsinin tarixi, ya da
ölkədəki ictimai həyat ilə bağlıdır. Alınma prosesin
sistemliliyinin semantik mənimsəmə pilləsində ilk növbədə
məna seçimi faktı əsas götürülür. “Alınma mərhələsində əcnəbi
söz və ya terminin mənaları
dilimizin leksik-semantik