Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
198
Dilemma (yun
. dilemma di(s) iki dəfə +
lemma mühakimə) –
iki imkandan (adətən arzu olunmayan)
birinin seçilməsi
zərurətidir. İngilis dilində bu söz çıxılmaz vəziyyətdə qalmaq,
çətin vəziyyətə düşmək, seçim etmək, seçim” deməkdir.
Əslində, sadaladığımız bu sözlərin heç biri donor dildə termin
deyildir. Ancaq bu sözlər dilimizə
daxil olaraq müəyyən
sahələr üzrə müxtəlif anlayışları ifadə edərək terminləşmişdir.
Beləliklə, aydın olur ki, elm inkişaf etdikcə anlayış və
məfhumların sərhədləri də genişlənir. Demək olar ki,
terminoloji leksikanın inkişafını araşdırarkən termin, məna və
anlayış münasibətləri həmişə aktual olub. Belə ki, söz
sərbəstdir, bir neçə mənada işləklik çalarına malikdir. Yalnız
elmi anlayış sabitləşdikdə, onun mənası
dəqiq və konkret
olduqda onu müəyyən olunmuş elmi adla adlandırmaq olar.
Dostları ilə paylaş: