Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
199
dərəcədə orijinala yaxın olur. Bütün bunlar ana dilinin
normaları ilə tutuşdurulur və nəticədə
xarici dildə söylənilmiş
fikrin ana dilindəki ifadə vasitələri müəyyənləşdirilir”
[1,s.3].Göründüyü kimi, bütün tərcümə prosesi tutuşdurma və
müqayisə əsasında gedir ki, bu da xarici dilin öyrənilməsindəki
prinsiplərdən biri olan xüurluluq prinsipinə cavab verir.
Bundan başqa, tərcümə söz ehtiyatını artırır, onu müxtəlif
istilah və sözlərlə tanış edir.
Tərcümə prosesi zamanı təkcə məna deyil, tərkiblər
arasındakı əlaqəni müəyyənləşdirmək də lazımdır.
Bu zaman,
tərcümə tam mənalı və əhatəli olacaq.
Azərbaycan dilinin terminoloji leksikası tərcümə yolu ilə
mənimsənilən terminlər ilə zənginləşir. Bu baxımdan dilimizə
daxil olan alınma terminlər aşağıdakı kimi tərcümə olunur:
1. Tam tərcümə olunan alınma terminlər; Tərcümə alınma
terminlərin bütün komponentləri reseptor dilə tərcümə olunur.
Bu tip tərcümə alınma terminlər iki qrupa bölünür. Hərfi
tərcümə ifadənin məna və struktur baxımdan
köçürülməsi
prosesidir. Məna tərcüməsi zamanı isə yalnız məna alınır.
Struktur sabitliyi bu halda gözlənilmir. Ancaq hər iki halda
tərəflər tamamilə reseptor dilə tərcümə olunur. Məsələn,
ümumi mənfəət və ümumi qаrışıq gəlirlər (
gross profit and
mixed incomes)
– əlаvə dəyərin muzdlu işçilərin əmək hаqqının,
istehsаlа görə vergilərin və idхаl
vergilərinin ödənilməsi ilə
əlаqədаr
оlаn
хərclərin
məbləği
çıхıldıqdаn
sоnrа
istehsаlçılаrdа qаlаn bir hissəsidir. Göründüyü kimi, bu termin
məna tərcüməsi yolu ilə mənimsənilmışdir.
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
200
2. Qarışıq tərcümə olunan alınma terminlər; Qarışıq
tərcümədə birləşmənin hissəcikləri tam olaraq tərcümə
olunmur. Müəyyən hissə mənbə dildə olduğu kimi qalır,
məsələn:
faktın əhəmiyyətli dərəcədə təhrifi (
material
misstatement of fact)
– Yoxlanılmış maliyyə hesabatlarının
məzmunu ilə əlaqədar olmayan digər məlumatların yanlış ifadə
edilməsindən və ya təqdim
edilməsindən irəli gəlir;
nəzarət
vasitələrinin monitorinqi (monitoring of controls) – Zaman
keçdikcə, daxili nəzarətin səmərəliliyinin qiymətləndirilməsi
prosesi.
3.
Hərfi tərcümə olunan alınma terminlər; Tərcümə üsulu
ilə alınan terminlərdə konstruksiya və element dəyişdirilərək ya
ixtisar, ya da əlavə olunaraq tərcümə olunur. Bu baxımdan
tərcümə terminlərlə kalka
terminlər zahirən oxşasalar da,
əslində fərqli anlayışlardır. Kalkaetmə prosesi zamanı sözün və
söz birləşməsinin mənası tərcümə olunmaqla yanaşı onun
strukturu, qrammatik quruluşu reseptor dilə olduğu kimi
köçürülür. Amma tərcümə prosesində belə deyil. Sözü və ya
söz birləşməsini tərcümə edərkən əsas diqqət mənaya yönəlir.
Mənanın dəqiq ifadəsi üçün hər hansı bir hissəcik artırıla da
bilər, çıxardıla da. Həmçinin tərcümə prosesində söz sırası bir
çox hallarda gözlənilmir. Aşağıdakı birinci nümunədə birləşmə
üç, ikinci nümunə dörd hissədən ibarətdir. Tərcümə prosesində
isə hissələrin sayı azalıb, “of” hissəciyi dilimizə yiyəlik hal
şəkilçisi
kimi tərcümə olunub, məsələn:
təxsisatların ləğvi
(
cansellation of appropriations) – ləğv edilmiş təxsisatlardan
verilmiş büdcə ilində uzun müddət istifadə olunmaya bilər.
Yaxud da,
yaşayış minimumunun təyinatı (
destination of life