Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
194
olunur:
seçim, qeyri-ənənəvi, başqa, müvəqqəti aktiv, dublet və
s [136,s.43]. Dilimizdə isə elmi sahədə yalnız
seçim, variant
mənasında termin kimi formalaşmışdır.
Alınma sözlərin hamısı və ya bütün mənaları dildə özünə
yer edə bilmir. Dilin qanunlarına tabe olan,
cəmiyyətdə işlək
olan, məna baxımından ehtiyac duyulan sözlər dildə qalıb
özünə yer edir. N.Məmmədli yazır: “Hərçənd alınma termin
dilimizin leksik sisteminin tərkib hissəsi olmaqla ümumi
qanunlarına tabedir, lakin onun dildə qalıb-qalmaması, milli
sözlərimizdə
olduğu kimi, məna strukturunun sonrakı
taleyində, inkişafı tendensiyasında həllini tapır” [69,s.257].
Dilimizdə
idealizm, materializm, dialektizm, abstraktlıq,
konkret kimi terminlər alınma terminlərdir. Bu terminlər
alındıqları vaxt müəyyən fəlsəfi məna kəsb edirdilər.
Zaman
keçdikcə onlar ictimailəşmiş daha fərqli istiqamətdə işləklik
qazanmışlar.
Alınma terminlərin semantik mənimsənilməsi bir neçə
mərhələdən ibarətdir. Bu məsələ ilə bağlı V.İ.Belikov və
L.İ.Nikolskinin fikirləri maraqlıdır: “...əcnəbi söz semantik
cəhətdən əvvəlcə okkozionalizm
kimi götürülür və mətndə
xüsusi izahat tələb edir. Sonra əcnəbi reali bir qədər
mənimsənildikdə və məzmun planında vahidi ilə onun yeni
ifadə üsulu arasında əlaqə başa düşüldükdə əcnəbi söz
resipiyentin passiv ehtiyatının vahidi hesab edilir və yalnız
bundan sonra aktiv ehtiyata keçərək tam mənimsənilmiş sayılır
[98,s.262].
Semantik alınma prosesində ola bilər ki, söz reseptor dildə
fərqli məna qrupuna aid olsun. Amma semantik alınma zamanı