İndiki zaman göstəriciləri müqayisə edilən dillərdə daha rəngarəngdir.
Həmin şəkilçilər müasir mərhələdə aşağıdakı kimidir:
1
Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası
.I hissə,Bakı, MBM, 2008,
s.263.
2
Muharrem Ergin. Göstərilən əsəri, s.274.
3
Kaşğari Mahmud. Göstərilən əsəri, III c., s.155; II c.s.60.
4
Кононов А.Н. Грамматика современного турецкого литературного языка.
1956, с.233-234.
5
Щербак А.М. (Глагол), Эюстярилян ясяри,
s.93.
6
Серебранников Б., Гаджиева Н., Эюстярилян ясяри,
s.185.
7
Дмитриев Н.К. Строй тюркских языков. М.Из-во, Вост.лит.. 1962, с.181.
30
1. Azərbaycan dilində: -ır
4
(-yır
4
) – alır, gəlir, oxuyur, söyləyir.
2. Türk dilində: -yor – alıyor, qeliyor, okuyor, söyleyor.
3. Türkmən dilində: -yar, -yər – alıyar, qelyər, okuyer.
4. Qaqauz dilində: -er, -yer – aler, qelyer, okuyer.
Oğuz qrupu türk dillərinin dialekt və şivələri çox zəngin indiki zaman
formalarına malikdir:
1) -dur//-durur – M.Kaşğaridə və XIV-XVI əsrlər klassik türk şairləri-
nin dilində çox işlək olmuşdur: Cular axadur kənari bağdən, Səndən
çıxadur fələk buxari (Xətai).
2) -adu(r)//-ədü(r), -at//-ət – bunlardan birinci Azərbaycan dilinin Quba
(aladu, gələdü), ikinci forma isə Şəki və Zaqatala şivələrinə (alat, gələt)
xasdır. Türk dilinin Rumeli şivələrində də rast gəlinir.
3) -var//-varğan – birinci forma Azərbaycan dilinin Quba (ala varsan,
gələ varam), ikinci isə Qax rayonu şivələrinə (mən ala varqan, sən ala
varqan) xasdır. İndiki zamanın sintaktik üsulla yaranan bu şəkli Qıpçaq
qrupu dillərin xüsusiyyətidir.
4) -ay//-ey, -oy – Azərbaycan dilinin ayrım, Ordubad, Muğan, türk
dilinin Rumeli, Anadolu, qaqauz dilinin Bolqar, Bessarabiya-Xerson
dialektlərinə məxsus formalardır: yazay, gəley, göroy, bakoy.
5) -ıy//-uy, -ıyo//-iyo – türk dilinin Rumeli, Anadolu, qaqauz dilinin
Komrat, Azərbaycan dilinin Qax, Ordubad, Təbriz və s. şivələrində geniş
yayılmış dil hadisəsidir, r>y dəyişməsi ilə yaranıb: alıy, geliy, biliyo,
geliyo, varıyo.
6) -ın//-in – bu forma r>n dəyişməsi ilə ortaya çıxmışdır. Şəki,
Naxçıvan şivələrində geniş yayılıb: yeminəm, yeminıx.
7) -ı
4
//-ıri. Birinci forma indki zaman şəkilçisindən samitin (r) düşməsi
ilə yaranıb, ikinci forma XIV-XVIII əsr şairlərinin də dilində işləkdir: Çox
könüllər evini çeşmi-nigahanın yıxıri (Zikri). Azərbaycan dilinn Şamaxı,
Göygöl, Cəbrayıl, Tovuz, Təbriz, Salmas, Kərkük, türk dilinin Anadolu və
Rumeli şivələrində aktiv səviyyədədir: mən gəli, sən bili, o gətiri, oğlan
veri, qız alı, o töküri, bu toxırı.
8) -ya//-yə – türkmən dilinin Təkə, Göklən, Salır dialektlərində rast
gəlinən formadır, sonuncu samitin (r) düşməsi ilə yaranmışdır: alyar – alya,
bolyar – bolya, gelyər – gelyə.
9) -or//-ör – qaqauz dilində və Azərbaycan dilinin Qazax, Tovuz
şivələrində geniş yayılıb: oynıor, tutior (qaqauz); oynor, tutor, görör,
ölöröm (Qazax, Tovuz).
31
İndiki zaman şəkilçilərinin yoru, yürü, yeri, yat, dur, otur, çat kimi
müstəqil fellərdən yaranması fitkri türkologiyada geniş yayılmışdır
1
. Bu
formalardan bəziləri müasir türkmən dialektlərində qalmaqdadır: okapya-
tırın, alıpdurmen, ilqapotır və s
2, 3
.
Fərqli yanaşmalara baxmayaraq, bu gün oğuz qrupu türk dillərində
Dostları ilə paylaş: |