Əmr formasının göstəriciləri müvafiq olaraq -ım
4
, -aq
2
(Azərbaycan);
-ayım
2
, -alım (türk); -ayın
2
, -alıŋ
2
(türkmən); -aim
3
, -alım
3
(qaqauz) şəklin-
dədir. Dialektlərdə -sana, -saŋa, saŋ, -saya, -seye, -ağın, -əgin, -gınan, -gi-
nən, -ğın, -gin, -ız
4
və s. formalar mövcuddur.
Lazım forması göstəriciləri bütün dillərdə -ası, -əsi, -esi şəkillidir.
Oğuz tipli olub, XIV-XV əsr yazı dilində gələcək zaman şəkilçisi kimi
geniş rast gəlinsə də, sonradan passivləşmişdir. Azərbaycan dilinin Şəki-
Qax şivələrində bu funksiyada aktivdir.
Vacib forması göstəriciləri -malı, -meli oğuz mənşəli olub, digər türk
dillərində (çuvaş, tatar) feli sifətyaratma funksiyasında istifadə edilir.
Mak+lı tərkibi əsasında yarandığı güman edilir. Digər türk dillərində, o
cümlədən türkmən dilində -makçı formasnın -malı ilə bir funksiyada işlən-
məsi bu fikrin doğruluğuna əsas verir: bilemekçiman (özbək), almakçımən
(uyğur), biz bilmekçi (türkmən) və s
3
. Vacib forması kimi klassiklərdə
gərək ədatının -sa, -maq şəkilçili fellərə qoşulmasından da istifadə
edilmişdir: Dost eşqini sinəmə, Mehman etsəm kərəkdir (Y.İmrə); Bir-
birinin halini sormaq gərək divanələr (Q.Təbrizi).
Şərt forması göstəricisi -sa
2
ümumtürk mənşəli olub, oğuz qrupu dillə-
rin hamısı üçün səciyyəvidir. M.Kaşğari lüğətində, əsasən, -ısa, -isə şəkil-
1
Türk dili / Aylık dil dergisi. Ankara, Avqust, 1994, sayı 21, s.33-34.
2
Ergin M. Türk Dil Bilgisi. Sofya, 1967, s.312.
3
Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. I hissə Bakı, MBM, 2008,
s.248.
34
lidir: acısa, ölüse, alısa, üzüse
1
. Şəkilçinin isə köməkçi felindən törəməsi
gümanındayıq. Bir çox türkoloqlar -sa şərt şəkilçisini gələcək zaman gös-
təricisi -sar/-isər-lə eyni mənşəli hesab edirlər
2
.
Dostları ilə paylaş: |