Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə58/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   54   55   56   57   58   59   60   61   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
61 
dər  şəhid  var  hamısı  mənəm...  Bamsı  Beyrək,  İmam  Hü-
seyn, Kutuzov, Jukov, Babək, Koroğlu, Bismark eşitmisən 
belə adlar? Onlar hamısı mənəm...». İstehza ilə deyilən bu 
cümlələrdə  acı  həqiqətlər  özünü  qabarıq  şəkildə  göstərir. 
Leş Əlinin gördüyü vedrələrlə ordenin, medalın Sovet öl-
kəsinin özü  kimi puç  olmasına  və  bu ölkə  üçün  canından 
keçmiş insanların fəci talelərinə bir işarədir: «Hamısı sovet 
medallarıdır, müharibə, əmək qəhrəmanlarına, partiya fəal-
larına verilənlər. Vaxtilə bu orden, medallara görə insanlar 
can  veriblər,  bir-birilərinin  üzünə  durub  güllələtdiriblər, 
qarınlarına mina bağlayıb tankların altına sürünüblər, sinə-
lərini  plumyotun  qabağına  tutub  aşsüzənə  dönüblər.  İndi 
qara qəpik verməyə canları çıxır». 
Postmodern  romanda  baş  qəhrəmanın  bədii  dünyası 
qabardılır. Postmodern roman  qəhrəmanına elə gəlirdi ki, 
öyrəşmiş olduğu və əvvəllər onu əhatə edən mühit son də-
rəcə abad olmuşdur, bu günü isə, – insana münasibətdə si-
vilizasiya  və  mədəniyyət  pərdəsi  altında  gizlənən  dəhşət, 
düşmənçilik,  tamamilə  qeyri-insani  münasibətlərdən  iba-
rətdir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin