Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə57/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   53   54   55   56   57   58   59   60   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
60 
adlı əsərində tarixi keçmişə, Sovet epoxasına müraciət və 
gələcəyə  ümid  əksini  tapmış,  Azərbaycanın  müstəqillik 
ideyası  əsas  leytmotivə  çevrilmişdir.  Müəllif  tərəfindən 
nağıl  adlandırılmasına  baxmayaraq,  «Ağ  qoç,  qara  qoç» 
əsəri  ciddi  sosial - siyasi  problemlərə  toxunan  nəsr  əsəri-
dir. 
Yaranan  andan  postmodernizm  «yeni  ciddilik»  (new 
seriousness) adı ilə tanınan cərəyanla rastlaşır. Bir tərəfdən 
«yeni  ciddilik»  postmodern  diskursuna  qarşı  çıxış  edir,  o 
biri tərəfdən isə postmodernistlər «yeni ciddiliy»in təsvir-
etmə  üslublarına  müraciət  etməyə  başlayırlar.  Məsələn, 
C.R. Faulzun  «Daniel  Martin»  (1977)  romanında  postmo-
dern  üslubu  realizmlə  birləşir.  «Daniel  Martin»  real  bio-
qrafik  romandır,  ancaq  postmodernizmin  nəsr  texnikası 
(xüsusilə,  xronologiyanın  dağılması,  təhkiyəçinin  ikiləş-
məsi  və  s.)  əsasında  yaranmışdır.  Şotland  yazıcısı  İen 
Benksin «Şüsə üstündə addımlar» (1985) romanında Qrem 
Park və Seru fitç arasındakı süjet xətti sırf realizm ənənə-
sində təsvir edilib, lakin digər iki süjet xətləri postmodern 
ənənəsində yaradılmışdır. 
«Yeni ciddiliyə» xas əlamətlər  Aqşin Yeniseyin  «Gö-
ləqarğısancan» postmodern üslubunda qələmə alınmış əsə-
rində öz əksini tapmışdır. Romanda Leş Əlinin içkiyə qur-
şanmış insanın evində vedrələrlə ordeni, medalı görərkən, 
«alkaş»ın ona verdiyi cavab hamını düşünməyə vadar edir. 
İçki aludəçisinin dilindən cəmiyyətdə baş vermiş olaylara 
münasibət bildirməsi məhz sosial-siyasi reallıqları bir daha 
gözümüzdə  canlandırıb,  ona  biganə  qalmamağı  aşılayır: 
«dünyada  nə  qədər  igidlik,  qəhrəmanlıq  olubsa,  hamısını 
mən  eləmişəm,  ata  canı,  dəfələrlə  qəhrəmancasına  həlak 
olmuşam. Şəhidlər Xiyabanını görmüsən? Bax orda nə qə-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin