Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə53/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   49   50   51   52   53   54   55   56   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
56 
kvazimiflərin  yaradılması.  E.M. Meletinski  roman-mifin 
üç növünü ayırırdı: 
– klassik  roman–mif,  izahlı  dini  və  mifoloji  mətnlər 
əsasında  –  İncil  (βιβλία),  Homerin  poemaları,  kelt  və  al-
man  əfsanələri  və  s.  (məsələn,  T. Mannın  «İosif  və  onun 
qardaşları» (Joseph und seine Brüder) əsəri); 
– müəllif  roman-mifi,  hansı  ki,  izahlı  mifoloji  mətn 
əsasında yaranır (F. Kafkanın «Qəsr» (Das Schloss) roma-
nı); 
– folklor-etnik  roman-mif,  hansında  izahlı  mif-məra-
simləri baş verir (Q. Qarsia Markesin «Yüz ilin tənhalığı» 
(Cien años de soledad) romanı). 
Klassik roman-mifdə əsas kimi mif-mətn götürülür, bu 
zaman hadisələr mifdə dəyişilir. Bu hadisələrin nəqletmə-
sinin xüsusiyyətində də özünü göstərir. 
Roman-mif müəllif tərəfindən mifin «yazılması» vasi-
təsilə qurulur: mifoloji və dini irsə, qeyri-şüuri əvvələ mü-
raciət edərək, yazıçı «mif» yaradır.  
Folklor-etnik  roman-mif  folklor  əsərlərinin  yenidən 
bədii işlənməsini nəzərdə tutur, bunun nəticəsində nağılla-
ra, əfsanələrə, dastanlara və s. əsaslanan romanlar yaranır. 
Bu halda süjet xəttinin bir qismi, obrazlar çeşidi və dil üs-
lubu folklor janrlarından əxz edir. 
XX əsr ədəbiyyatı romanın roman-antimif kimi növü-
nü yaratdı. Roman-antimif janr konstruksiyası baxımından 
roman-mifdən fərqlidir. Roman-antimif müstəqil janr kon-
struksiyasını  özündə  ifadə  edir.  Roman-antimif  roman-
mifdən  fərqlənən  janr  konstruksiyasını  təqdim  edir.  Ro-
man-antimif janrı  «mənşə» etibarı ilə klassik roman-miflə 
bağlıdır,  yəni  janr  konstruksiyası  «genetik»  olaraq  «klas-
sik»  roman-miflə  əlaqəlidir,  ancaq  semantika  baxımından 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin