Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə52/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   48   49   50   51   52   53   54   55   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
55 
aşağıdakı xüsusiyyətlər xasdır: mifin mətnə uyğunlaşması, 
roman  və  mifoloji  mətn  arasında  intertekstual  dialoq, 
formanın  saxlanılmasında  ənənəvi  semantikanın  dağıdıl-
ması:  «roman-antimif  üçün  mifi  mətn  kimi  sərbəst  idarə 
etmək, qəbul ediləni nümayiş etdirmək səciyyəvi xüsusiy-
yətdir», intertekstual oyun, başlıcası isə  –  mifopoetik for-
manın saxlanılmasında mifoloji semantikanın dağıdılması-
dır 
29

Azərbaycan ədəbiyyatında yaradılmış roman-mif müx-
təlifliyi özünü göstərir ki, bu da roman-dastandır (qeyd et-
mək lazımdır ki, Azərbaycan ədəbiyyatında poema-dastan 
da mövcuddur, məsələn, M. İlqarın «Qaratel» əsəri). Mifo-
logizmin  xüsusiyyətindən  asılı  olaraq  roman-dastan  həm 
müəllif  roman-mifi,  həm  də  folklor-etnik  roman-mifi  ola 
bilər.  Məsələn,  S. Axundovun  «Eloğlu  Araz»  (1988)  ro-
man-dastanı  müəllif  roman-mif  nümunəsidir.  Müəllif  mi-
fik obrazlara və hadisələrə müraciət edərək, sinfi münaqi-
şəni  təzələyir  (unutmayaq  ki,  roman  sosializm  dövründə 
qələmə alınmışdır). 
Roman-mif müxtəlif mifoloji ənənələri hansısa mifolo-
ji arxetipləri poetik rekonstruksiya materialı kimi sinkretik 
istifadə edir. Roman-mifdə ədəbi neomifologizmin müxtə-
lif formaları təcəssüm olunur: klassik mif aktuallaşdırılma-
sı,  məşhur  mifoloji  süjetlərin  interpretasiyası,  «müəllif» 
                                                                                                        
та  и  Э. Юнсона).  Автореф.  дис.  …  канд.  филол.  наук. 
Екатеринбург. 2009, 24 стр. С. 14. 
29
 Полушкин А.С. 
Жанр 
романа-антимифа 
в 
шведской 
литературе  1940–1960-х  годов  (на  материале  произведений 
П. Лагерквиста  и  Э. Юнсона).  Автореф.  дис.  …  канд.  филол. 
наук. Екатеринбург. 2009, 24 стр. С. 14. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin