Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə49/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   45   46   47   48   49   50   51   52   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
52 
man belə qurulub ki, onun hər bir hissəsi hekayəyə aid edi-
lə  bilər,  amma  ümumilikdə  əsərin  bütün  hissələri  vahid 
ideya və müəllif düşüncəsi ətrafında birləşdirilib. Romanın 
baş  qəhrəmanının  öz  adından  imtina  edərək,  başqa  adlar 
adı altında müxtəlif həyat yaşaması belə tərtibatı mümkün 
etmişdir. 
Başqa formada fabulanın dəyişkənliyi ilə seçilən Azər-
baycan postmodern romanları arasında Əli Əkbərin  «Am-
neziya»  əsəri  diqqəti  cəlb  edir.  Totalitar  cəmiyyətdə  baş 
verən hadisələr xüsusi dəyişkənliyi ilə seçilir. Buna kütləvi 
amneziya  imkan  verir.  Romanda  amneziya  –  həm  də  cə-
miyyət tərəfindən öz keçmişi və ümumbəşəri dəyərlər haq-
qında  yaddaş  itkisidir.  Amneziya  (qədim  yunanca  ἀ  — 
mənfi hissəcik və μνήμη — yaddaş) — yaddaşın olmaması 
və  ya  olmuş  hadisələr  haqqında  natamam  xatırlamaq  əla-
mətləri olan xəstəlikdir. Ç. Hüseynov Əli Əkbərin «Amne-
ziya» romanına qiymət verərək vurğulayır: ««Hər şey necə 
başladı»  və  ya  «Trivial  reminsesnsiya»  kimi  proloqları 
keçdikdən  sonra  avtomobil  qəzası  nəticəsində  yaddaşını 
itirmiş baş qəhrəmanının həyatında reallıqla arzu olunanın 
fantasmaqorik qarışığından ibarət hal, aydın qiymətləndir-
mə və amneziya baş verir, hadisələr beşinci fəsildə epiloq 
kimi yazılmış əlavədən sonra keçmiş avtoritarizm şəraitin-
də tapdalanmış qanunlar və insan hüquqları işləyən normal 
bir dövlətdə cərəyan edir. Tədricən müxalifət də, qarşıdur-
malar da öz-özünə zəifləyir, keçmiş yalnız kitablarda qalır, 
yeri  gəlmişkən».  Maraqlıdır  ki,  müəllif  bizi  uzaqlaşdırıl-
mış  bədii  dünyanın  zaman-məkan  xüsusiyyətlərinə  gön-
dərmir. Əli Əkbərin  «Amneziya» romanında iştirakçıların 
çox  olmasına  baxmayaraq,  Murad  adlı  stomatoloqun  bir 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin