Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə47/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   43   44   45   46   47   48   49   50   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
50 
 
Azərbaycan postmodern romanının fabulası 
 
Aristotel  «Poetika»  əsərində  hesab  edirdi  ki,  hərəkət-
lərdə  hadisələrin  birləşməsi  hər  hansı  epik  və  dramatik 
əsərin  fabulasını  təşkil  edir.  Qeyd  edək  ki,  fabula  termin 
kimi  Aristoteldə  rast  gəlinmir.  Bu  latın  dilindən  tərcümə 
nəticəsi kimi formalaşıb. Aristotel özü fabulanı mif adlan-
dırmışdır.  Əsərin  hadisəvi  bütövlüyünü  ifadə  edən  fabula 
bədii əsərin qısa məzmunu, bədii əsərdə  təsvir edilən hadisələrin 
ardıcıl ifadəsi kimi qəbul edilir. 
Ədəbiyyatşünaslıqda bəzi tədqiqatçılar tərəfindən fabula və 
süjet arasında fərq qoyulmur. Bəzən də fabula ən qısa süjet mə-
nasında işlədilir. L.İ. Timofeyev fabulanı inkar edir. Hadisə-
ni  fabulaya  və  süjetə  ayırmaqla  məzmuna  heç  bir  yenilik 
əlavə etmədiyini iddia edir. Onun süjet haqqında söyləmiş 
olduğu elmi fikrə nəzər salaq: «Epik-dramatik əsərlərdə süjet 
nəticə etibarı ilə ictimai münaqişələri və konfliktləri əks etdirən 
hadisələr sistemidir. Onu da qeyd etmək vacibdir ki, süjet bədii 
əsərin əsas məzmununu təşkil edir» 
25

Lakin bədii əsərin düzgün və tam təhlili məqsədi ilə fabula 
və süjetin ayrılması daha da məqsədəuyğundur. Fabula  infor-
masiya xarakteri daşıyaraq bədiiliyi geniş mənada ifadə et-
məsinin tərəfdarı kimi çıxış edən V.V. Kоjinоv yazmışdır: 
                                                 
25
 Тимофеев Л.И. «Основы теории литературы». Москва, «Прос-
вещение», 1976. С. 160. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin