Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə50/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   46   47   48   49   50   51   52   53   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
53 
neçə  cəbhədə  apardığı  mübarizə,  məişətdən  siyasətə  olan 
həyat yolunun bütün qatları əhatə edilir. 
Qeyri-xətti təhkiyə – postmodern ədəbiyyatın xüsusiy-
yətlərindəndir.  Qeyri-xətti  təhkiyə  Kurt  Vonnequtun  bir 
çox  qeyri-xətti  romanlarında  özünü  göstərir.  Ən  məşhur 
nümunə – «5 nömrəli sallaqxana və ya uşaqların xaç yürü-
şü» əsəridir. 
Fraqmentar  fabulaya  Nərmin  Kamalın  «Aç,  mənəm» 
postmodern dünyagörüşü ortaya qoymuş Azərbaycanın ta-
leyi  barəsində  qırx  hekayədən  ibarət  əsərdə  rast  gəlirik. 
N. Kamal «Aç, mənəm» əsərinə yazdığı ön sözdə əsəri he-
kayələr  romanı  kimi  təqdim  edir.  qırxbalaca  bir  mətndə 
qırx  əhvalat  əks  olunur.  Nərmin  Kamalın  «Aç,  mənəm» 
romanı «Açmaq» fəsli ilə başlayır. Romanın «Qurtulmaq» 
fəslində  mətni  necə  qavramaq  yolu  göstərilir.  Qırx 
hekayədən  ibarət  olan  əsərin  qırxıncı  «Sevmək»  adlı 
hekayəni  oxucu  tərəfindən  yazılması  üçün  boş  qoyulması 
da  maraqlı  ədəbi  priyomdur:  müəllif  oxucuya  bildirir  ki, 
əsərin  fabulası  bitməmiş,  və  oxucuya  fabulanı  davam  et-
məyi təklif edir. Müəllif bu məqama özünün müsahibələri-
nin birində münasibətini belə bildirmişdir: «Hə, açığı, Sev-
mək adlı hissə yaza bilmədim, elə bir hekayə düşünüb tapa 
və  ya  eşidə  bilmədim  ki,  Azərbaycandakı  Sevməyi  ifadə 
etsin, insanlar öz sevməklərindən danışırdılar mənə, amma 
dinləyib  görürdüm  ki,  bunların  heç  biri  axtardığım  deyil. 
İndi  isə  boş  qoyulmuş  qırxıncı  məsdərin  yerində  qoy  bir 
oxucu onu yazsın». 
Postmodern  romanda  əks  edilən  hadisələr  yüksəlmiş 
mifologizasiyaya  məruz  qalır.  Mifologizm  əsərdə  toxunu-
lan problemlərin daha dərin əks etdirilməsinə müəllifə im-
kan  yaradır,  tez-tez  varlığın  «əbədi»  problemlərinin  açıq-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin