Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə44/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   40   41   42   43   44   45   46   47   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
47 
rir və sonra bu qanunu bəyənməyib yenisini göndərir. Axı 
Quranda  hər  cümlədən  bir  «Allah  hamıdan  böyükdür  və 
hər  şeyi  biləndir»,  «Allahdan  qorxun»  fikri  səsləndirilir. 
Bəs onda  Tanrı  niyə  belə  səhvlər  edirmiş.  Yaxşı, lap onu 
da  başa  düşək  ki,  o  dövr  üçün  bu  lazım  idi.  Bəs  onda  o 
dövrdən  1300  il  keçib,  yeni  ayələrə,  qaydalara  ehtiyac 
yoxdur bəyəm? Hardadır bizə təqdim edilən dinlərin Alla-
hı?  Niyə  gəlib  insanlara  yeni  qaydalar,  qanunlar  göndər-
mir? Axı Onun dini kitablarda qoyduğu qaydalar, qanunlar 
bu  gün  tamam  fərqli  formada  həyata  keçirilir.  Hə,  deyə-
cəksən ki, bəs bu imamlar, üləmalar yeni şəriət, qayda-qa-
nunlar yazanlar kimlərdir? Onlar fırıldaqçılardır, oğul». 
Eyni zamanda Dədə Əfəndi qədim dini sistemlərə aid 
edilən  Tanrıçılıq  haqqında  geniş  mülahizələrə  yer  verir. 
Tanrıçılığın  mahiyyəti  Dədə  Əfəndi  tərəfindən  açıqlanır: 
«Tenqri, Göydə oturan görünməz ruha deyirdilər. Babala-
rımıza  görə  O,  Uludur.  Göydən  və  bütün  dünyadan  uca 
idi». 
2009-ci  ildə  Azərbaycan  müəllifi  Taleh  Şahsuvarlının 
«Canlanma» romanı nəşr edilir. Müəllif iddia edir ki, əsər 
metaromandır,  hətta  tarixi  metaromandır.  Metaromanın 
əsas xüsusiyyəti bədii strukturun ikiplanlı olmasıdır, oxucu 
üçün «roman qəhrəmanları» yalnız predmet deyil, həm də 
ədəbi yaradıcılığın dünyasıdır, hansı ki, «roman qəhrəman-
larının»  yaradılması  prosesidir.  Başqa  cür  desək,  metaro-
man  yalnız  personajların  talelərinin  gözlənilməz  dəyişik-
liklərini və onların şərti real mövcudluğunun nəql etməsi, 
həm  də  hadisələrin  nəql  edilməsinə  yönəlib 
24
.  «Canlan-
                                                 
24
 Зусева В.Б.  «Фальшивомонетчики»  А. Жида:  роман  автора  и 
роман героя // http://ifi.rsuh.ru/vestnik_2006_1_15.html 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin