Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə42/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   38   39   40   41   42   43   44   45   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
45 
lıq etməsi və yerli kütləvi informasiya vasitələrinin radikal 
dini  görüşlərin  təbliğatını  həyata  keçirilməsi  müəllif  tərə-
findən açıqlanır: 
«Məlik: - Televiziya ancaq moizələr verir? – deyə xə-
bər aldı. 
-Yox niyə ki, xəbərlər, dualar, din tarixinə aid veriliş-
lər... Məscidlərdən beş rükət namaz da göstərir. 
- Bəs tamaşa, şeir, musiqi? 
- Aşura  günü  şaxsey-vaxsey  göstərilir,  mərsiyələr,  no-
hələr oxunur. 
- Rəqs, mahnı, muğam necə? 
- Əstafürrullah ağa, bunlar ki, şeytan əməlləridir». 
Anar sosial sistemin sırf dini prinsiplər əsasında qurul-
masının mənfi nəticələrini romanda açıqlayır, dinin müasir 
duruma uyğunlaşdırılması problemini qaldırır. 
Şəmil  Sadiqin  «OdƏrlər»ində  dekonstruksiyası  Dədə 
Əfəndinin dili ilə həyata keçirilir. Dədə Əfəndi qeyri-ərəb 
xalqların İslamı sadəcə tanımaları faktını iddia edir. Dədə 
Əfəndi  qəbul  etməklə  tanımaq  arasında  fərqlərə  toxunur. 
Romanda ərəb dilinin Tanrının dili ola bilməməsi haqqın-
da iddia da diqqətdən yayınmır. Müəllif fikirlərində haqlı-
dır: «Ərəb dili Tanrının dili ola bilməz, oğul, heç vaxt ola 
bilməz.  Heç  indi  də  deyil.  Sadəcə  kütlə  bunu  belə  qəbul 
edir. O, məkansız, zamansız, rəngsiz, cinssiz, dilsizdir. O, 
bütün dilləri bilir. Onun üçün bütün dillər eyni cür anlaşı-
lır. Axı bütün dillər bir dildən – OdƏr dilindən yaranıb». 
Dini  rekonstruksiya  sünni  və  şiələrin  mübarizəsinin 
mənasız  olmasına  dair  fikirlərdə  də  öz  əksini  tapır.  Ko-
mandirin Məhəmmədlə namaza Rəbbin tövsiyə etdiyi dil-
də – ərəb dilində ibadət etməsi mənzərəsini yazar açıqlaya 
bilmişdir: «İkisinin də Allahı, peyğəmbəri, inandığı kitab, 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin