Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə39/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   35   36   37   38   39   40   41   42   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
42 
və  burjua.  Vurğulamaq  lazımdır  ki,  postmodern  əsərlərdə 
zamanların  montajı  özünü  qabarıq  göstərmişdir.  «İdeal» 
ictimai  quruluş  formalarının  nöqsanlarını  qabartmaqla, 
Anar  insanda  irrasional başlanğıcın  əhəmiyyətini tarixdən 
kənar  ümuminsan  dəyərləri  ilə  üç  zaman  kəsiyində,  keç-
miş, indiki və gələcək zamanda açıqlayır. 
Postmodern  romanlarda  zamanın  «sıxlaşma»sı  («sıxıl-
ma») ona gətirib çıxarır ki, bədii əsərdə fasiləli nizamlı za-
mandan dövrü prosesə keçidi və ya da zamanın «dondurul-
masına» ehtimal edilir. Məkan «sıxılma»sı real və sürreal 
qarşılıqlı  nüfuz  etməsinin  güclənməsində  özünü  göstərir. 
Məsələn,  Əli  Əkbər  «Amneziya»  romanında  bədii  məkan 
və bədii vaxt sıxlaşdırılmışdır. Bədii məkan Qafqaz ərazisi 
ilə əlaqələndirilir, bədii zaman isə 2010-2011-ci illəri əha-
tə edir. Eyni zamanda, ideal cəmiyyətin bütün mənfi tərəf-
lərinin açılması roman boyu müşahidə olunur. 
Zaman  sıxılmasını  Kamal  Abdullanın  «Yarımçıq  əl-
yazma» roman-antimifində müşahidə etmək  olar.  Roman-
da  vahid  zaman  anlamının  olmaması  bizi  hadisələrə  əbə-
diyyət  nöqtəsindən  baxmağa  sövq  edir.  «Yarımçıq  əlyaz-
ma»da hadisələrin üç zaman axarında inkişafını müşahidə 
edirik. Romanda zamanın sıxılması səbəbindən hadisələrin 
müəllifin  yaşadığı zamanda,  yəni müasir zamanda, Oğuz-
ların  yaşadığı zaman və  şah İsmayıl Xətainin  yaşadığı  və 
onun  ölümündən  sonrakı  zaman  çərçivəsində  istədiyi  şə-
kildə  sərbəst  hərəkət  etməsi  və  oxucunu  fraqmentar 
şəkildə  qısa zaman ərzində bu dövrlərə,  daha doğrusu  bir 
zamandan o biri zamana aparması yazıçının istifadə etdiyi 
bədii  üslubdur.  Zaman  çərçivəsində  zamansızlığı  nəzərə 
çarpdırmaqla sərbəst hərəkət etmələr əsərin ahəngdarlığına 
xələl gətirmir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin