Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə38/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   34   35   36   37   38   39   40   41   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
41 
Əsərdə  yazıçının  xatirələr  vasitəsi  ilə  keçmişə  nüfuz 
etməsinin şahidi oluruq. Bu «Kəpənək modeli. 102» roma-
nında  daha  çox  qəhrəman  düşüncəsində  xatirələrin  bədii 
ifadəsində əksini tapır. Əsərdə qəhrəmanın öz uşaqlığı ilə 
kompüter və internet vasitəsi ilə əlaqə saxladığını müşahi-
də  edirik.  Burada  zaman  məhdudiyyəti  yoxdur.  Keçmişə 
nüfuz etmək üçün əsərdə Əsədin yaddaşına köklənməsi və 
müasirliklə  keçmiş  bir-biri  ilə  əlaqələndirilir.  Özünü  «in-
ternet kəpənəyi» adlandıran Əsəd keçmişin bir parçası ki-
mi Oqtayın müasir həyatına müdaxilə edərək, onun keçmiş 
ilə  bağlı  xatirələrlə  bu  günü  arasında  vasitəçi  kimi  çıxış 
edir:  «Əziz  Tural!  Sən  məndən  on  yaş  böyüksən.  Əgər 
əmin məni çox-çox illər bundan əvvəl öldürməsəydi,  indi 
o  yox,  mən  idim  sənin  əmin.  Mənim  beynim  inkişaf  elə-
yib, onun beynilə birgə, bədənimsə yox. Səbəb də elə bu-
dur ki, mən internetdən bayıra çıxmıram. Mənim səni tap-
dığımı  əminə  xəbər  ver.  Bu  yenilikdən  o  sevinməyəcək. 
Keçmiş  onunladır,  bunu  bilsin.  Hətta  bir  vaxt  olub  ki,  o, 
Əsəd  adından  utanıb.  Belə  adama  ağıllı  demək  mümkün-
mü?  Düz  səkkizcə  il  mən  onun  əkizi  olmuşam.  Sonra 
anam  bizi  bir-birimizə  düşmən  elədi,  daha  doğrusu,  məni 
ondan ayırdı. Və mən indi yalnız quru bir ad kimi varam. 
Unutmağa  kimsə  yox... ha...  ha...  ha...  Bəs Ələkbər? Onu 
unudurlar,  bilərəkdən  yada  salmırlar,  unudurlar.  Ələkbər 
də mənim əmim idi... Heç huşumdan çıxmır... 
Internet kəpənəyi». 
Azərbaycan yazıçısı Anarın «Ağ qoç, qara qoç» (2004) 
antiutopiyasında  hadisələr  üç  zaman  çərçivəsində  inkişaf 
edir. Bu antiutopiyanın fəlsəfi mühakiməsi üç «ideal» cə-
miyyətin kinayəli müqayisə edilməsidir ki, üç əsas ideolo-
giyalar  əsasında  yaradılmışdır:  ənənəvi-islam,  kommunist 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin