Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə36/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   32   33   34   35   36   37   38   39   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
39 
munə gətirmək olar. «Yarımçıq əlyazma» nadir roman-an-
timif  janr  formasında  yaradılmışdır.  «Yarımçıq  əlyazma» 
romanında  «Kitabi-Dədə  Qorqud»  dastanının  dekonstruk-
siyası buna imkan vermişdir. 
«Yarımçıq əlyazma» əsərini tarixi romana da aid edən 
tədqiqatçılarımız  olmuşdur.  «Yarımçıq  əlyazma»  əsərinə 
belə bir qiymət verilməsi digər qrup alimlər arasında mü-
bahisə doğurmuşdur. Qeyd etmək  yerinə düşərdi ki, «Ya-
rımçıq  əlyazma»  əsərini  roman-mif  janrına  da  aid  edən 
tədqiqatçılarımız  olmuşdur. Kamal  Abdullanın  «Yarımçıq 
əlyazma«  romanı  ironiya  ilə  yazılmış  romandır.  Qeyd  et-
mək  lazımdır  ki,  Kamal  Abdulla  «Kitabi  Dədə  Qorqud» 
dastanının mətnini manipulyasiya edir, mifoloji qəhrəman-
ları ironiya və sarkazmla təsvir edərək nüfuzdan salır (mə-
sələn, mifdə Dədə Qorqud müdrik «ağsaqqal» arxetipidir-
sə, əsərdə – Bayandur xanın sadiq qulluqçusudur), mifoloji 
dünyagörüşün  əsasını  məhv  edir  (məsələn,  Tanrıçılığın 
başlanğıcında  «Nur»un  («Müqəddəs»)  daşa  dönməsi), 
eposdan süjetlər sarkazmla yenidən işlənilir. Məhz bunlara 
nəzər yetirən tədqiqatçılar müəllifin sarkazmlı interpretasi-
yası ilə tarixi hadisələri qarışdırırlar (məsələn, Şah İsmayıl 
Xətainin qaçışı və onun təsadüf nəticəsində mənasız öldü-
rülməsi ) və s. Bizim fikrimizcə, «Yarımçıq əlyazma» ro-
manı  müəllif  təxəyyülünün  novatorluğu  baxımından  fərq-
lənir. Unutmaq olmaz ki, antimif əsərin yaranması zamanı 
müəllif kulturologiya, mifologiya, tarixi və psixologiya sa-
hələrinə dərindən bələd olmalıdır ki, roman-antimif yarada 
bilsin. Kamal Abdullanın «Yarımçıq əlyazma» əsəri Azər-
baycan  milli  ədəbiyyatında  nadir  roman-antimif  nümunə-
lərindən biridir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin