Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə41/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   37   38   39   40   41   42   43   44   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
44 
min mənasız təşəbbüslərini açıqlayır: Sahibin bütün mənə-
vi və yaradıcılıq enerjisi «Akvarium» teatrı tərəfindən puç 
edilir. Yazıçı fərdi xoşbəxtlik və ümumbəşəri dəyərləri tə-
min etmək üçün bütün sistemlərin transformasiya edilməsi 
probleminin vacibliyini qoyur. Lakin «akvarium»un üçün-
cü səviyyəsi (romanın öz adı) faktiki olaraq müəllifin özü-
nü «akvarium»un tələsinə çəkərək, əvvəlki ikisini çərçivə-
yə salır (Sahib əsərinin və teatrın adı). «Akvarium»un çər-
çivələnməsi  yazıçının  qarşıya  qoyulmuş  problemə  nihilist 
münasibətin  göstəricisidir,  ancaq  digər  tərəfdən  müxtəlif 
səviyyəli süjet xəttinin invariatlığını (çox variantlığını) ya-
radır. 
Postmodern roman bədii məkanı bütöv və qapalı təsvir 
etsə belə, onun fraqmentar olmasına önəmli diqqət yetirir. 
Şəbnəm  Karslının  qələmə  aldığı  ―2087-ci  il‖  romanında 
imperiyalar arasında bölünmüş dünya Azərbaycan sərhəd-
ləri nəzdində fraqmentar bir məkan kimi göstərilmişdir. Bu 
fraqmentarlıq  Azərbaycanın  bugünkü  problemləri  ətrafın-
da  dərin  mülahizələr  aparmağa  imkan  verir.  ―2087-ci  il‖ 
romanında Azərbaycanın parçalanmış vəziyyətdə, yəni Os-
manlı  İslam  İmperiyası  və  Çin  Xalq  İmperiyası  arasında 
bölünməsi,  verilməsi  müxtəlif  paradiqmalarda  inkişaf 
perspektivləri arasında müqayisəsinə şərait yaradır. 
Postmodernizm geniş yayılmış dini və mənəvi görüşlə-
rin  dekonstruksiyası  ilə  seçilir.  Azərbaycan  postmodern 
romanında  əsasən  dini  dekonstruksiyaya  diqqət  yetirilir. 
Anarın  «Ağ  qoç,  qara  qoç»  və  Şəmil  Sadiqin  «OdƏrlər» 
əsərlərini misal kimi gətirmək olar. 
Anar ―Ağ qoç, qara qoç‖ romanında dinə qarşı çıxmır. 
Zonalara böldüyü Azərbaycanın Birinci Zonası olan ―BE-
HİŞTİ BADİ-KUBƏ‖ də krelikal siyasi sistemin hökmran-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin