Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə63/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   59   60   61   62   63   64   65   66   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
65 
na daşıdığı bu əsərdə hadisələr bədii, gündəliklər isə publi-
sistik üslubda Rüstəmin dilindən nəql edilirlər. 
Postmodern  romanlarda  süjet  çox  vaxt  xaos  prinsipi 
əsasında  qurulur,  o  cümlədən  müxtəlif  süjet  xətlərinin  və 
epizodların  xaotik  qarışıqlığı  vasitəsi  ilə.  Eyni  zamanda, 
postmodern roman ənənəvi romandan fərqli olaraq süjetin 
kollaj və  montaj prinsipləri əsasında formalaşdırılması ilə 
seçilir. 
Məsələn, Nərmin Kamalın modelləşdirilmiş süjet xətti-
nin  bəzi  əlamətlərini  özündə  əks  etdirən  «Aç,  mənəm» 
əsərində  müxtəlif  süjet  xətləri  bir  biri  ilə  qarışır.  Yazar 
qəhrəman haqqında əsərin ön sözündə oxucusuna məlumat 
verir: «Darıxmaq hekayəsinin sonunda isə elə təsəvvür ya-
ranır  ki,  bütün  bu  hekayələri  qəhrəmanın  fotosuna  baxan 
ayrı-ayrı adamlar deyil, romanın qəhrəmanı olan Azərbay-
canın  özü  danışır...»  Azərbaycanın  keçmişi  barəsində  he-
kayət  («Ayrılmaq»,  «Darıxmaq»,  «Öldürmək»,  «Gəz-
mək»,  «Atmaq»,  «Qurtulmaq»)  və  qəhrəman  ətrafında 
(Azərbaycan) olan nizamsızlıq qarışıq əsərin süjet xətlərin-
də özünü göstərir. Romanın süjet xətləri hekayələrdən he-
kayələrə inkişaf edir. 
Şəmil Sadiqin  «OdƏrlər»  romanında  fabula  Odərlərin 
Şuşaya yürüşü və Dədə Əfəndinin altı söhbəti əsasında in-
kişaf edir. Hadisələr pərakəndəlik xarakteri daşısa da, bə-
zən  bir-biri  ilə  əlaqəli  olmasalar  da  romanın  əsas  ideyası 
ilə  süjet  xətlərinə  birləşdirilirlər.  Şəmil  Sadiqin  «OdƏr-
lər»inin  süjeti  montaj  əsasında  formalaşdırılmışdır.  «Od-
Ərlər» romanında tez-tez bir süjet xəttinə aid epizod digər 
süjet xəttinə aid epizod çərçivəsində verilir. Şəmil Sadiqin 
«OdƏrlər» romanında müxtəlif epizodların və süjet xətlə-
rinin  bir-birinə  xaotik  qarışması  özünü  aydın  şəkildə  gös-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin