Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə62/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   58   59   60   61   62   63   64   65   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
64 
rilmiş  süjet  xətti  postmodernizm  üçün  səciyyəvi  xarakter 
daşıyır. 
Modelləşdirilmiş  süjet  xəttini  Anarın  «Ağ  qoç,  qara 
qoç»  romanında  müşahidə  edirik.  Anarın  «Ağ  qoç,  qara 
qoç»  romanında  modelləşdirilmiş  süjet  xətti  fantastik  və 
alleqorik formada Azərbaycanın üç müxtəlif yol ilə inkişaf 
perspektivlərinin  açıqlanmasıdır.  Roman  müəllif  tərəfin-
dən «utopik və antiutopik nağıllar» adlandırılmışdır. Nağıl 
süjeti  isə  əsərdə  təkrarlanmayır,  postmodern  ədəbiyyata 
xas olan modelləşdirilmiş süjet xətti özünü göstərir. Əsər-
də  Azərbaycanın  sırf  islamçı,  rus  kommunist  və  ya  qərb 
dəyərlərinə söykənərək gələcəyə addımlamasının müxtəlif 
nəticələri göstərilir. Bu üç yol arasında mövcud fərqlər və 
eyniliklər  oxuculara  çatdırılır.  Məhz  romanda  təsvir  olu-
nan  bu  üç  zonadakı  dəyişikliklər  oxucunu  «hadisələr  bəs 
necə  olmuşdur?»  kimi  düşünməyə  vadar  edir.  Hadisələrə 
nəzər salan oxucu, onlar arasındakı dəyişiklikləri həm gə-
ləcəkdə  baş  verə  biləcək  hadisələr  kimi,  həm  də  real 
gerçəklik kimi qəbul edir. 
Modelləşdirilmiş  süjet  xəttini  yazar  Şərif  Ağayarın 
«Haramı»  romanında  müşahidə  etmək  olur.  Romanın  üç 
süjet xətti ilə inkişaf etdiyini görürük: əsərin əsas hadisələ-
rini  əks  etdirən  mətn  (Rüstəmin  Haramı  ilə  bağlı  həyatı), 
on  iki  əhvalat  (Səməndərin  qoçaqlıqlarını  əks  etdirən  əh-
valatlar)  və  yeddi  günü  təsvir  edən  gündəlik  (Rüstəmin 
gündəliyi). Təsvir edilən bu hadisələrin iki üslubda (bədii 
və publisistik) qələmə alınması romanın üslub qarışıqlığın-
dan danışmağa əsas verir. Detektiv xətt və pornoqrafik ele-
mentlərdən xali olmayan roman müxtəlif üslubların birləş-
məsi kimi ənənəvi romanlardan fərqlənir. Rəqəmlərin mə-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin