Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə64/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   60   61   62   63   64   65   66   67   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
66 
tərir.  Bu  da  fabulanın  inkişafına  gözlənilməzlilik  gətirir, 
əsərdə  emosional  çalarları  zənginləşdirir.  Süjeti  montaj 
edərək  müəllif  qaldırılan  problemlərin  kəskin  bədii  əks 
olunmasına  nail  olmuşdur.  Xalqın  olum  və  ölüm  seçimi 
qarşısında durduğunun kəskin bədii əksi üçün montaj pri-
yomundan  geniş  istifadə  olunur.  Qeyd  etmək  lazımdır  ki, 
montajın təsiri əsasında bu seçim dram əsərlərinə xas ka-
tarsis ilə açıqlanmışdı. 
Postmodern roman mübaliğə edilmiş müəllif oyunları-
na meyllidir. Nəticədə həyatın daha problemli aspektlərinə 
toxunan  müəllif  postmodern  oyunları  əsərlərdə  diskursla-
rın nəzərə çarpdırılmış nümayişkaranə imitasiyasıdır. Post-
modern ədəbiyyatda oyun yazar üçün əsərdə iştirak etmək 
alətinə  çevrilir.  Yazıçı  oyunu  formalar,  şərtilik,  simvollar 
ətrafında başlanılır. Bu zaman müəllif həm mətn, həm də 
oxucu  ilə  oynayır.  Sözə  oyun  münasibəti  «gizlədilmiş» 
məna tapmaq üçün istifadə olunur. Postmodern əsər müəl-
lif oyunu – istənilən kosmoloji modelin ən fundamental və 
arxaik ziddiyyəti olan xaos anlayışının qarşısıalınmaz kimi 
başa düşülməsinin nəticəsidir. Oyun müxtəlif sahələrə  aid 
olan hərəkət və əşyaların vahid mədəni məkanı olan xao-
sun qarşısını almaq üçün alət kimi xidmət edir. Kompozi-
siya əlaməti kimi bu oyun daha qabarıq roman-pyesdə hə-
yata keçirilir. 
Roman-pyes  özünəməxsus  kompozisiya  quruluşu  ilə 
fərqlənir. Roman-pyesin xüsusiyyəti yalnız epik və drama-
tik  başlanğıcın  qarışıqlığı  deyil,  həm  də  hər  hansısa  va-
riantlı  süjet  xətlərinin  müxtəlif  müəlliflərdə  özünəməxsus 
şəkildə  büruzə  verməsidir,  yəni  süjet  xətti  invariantlılığı-
dır. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin