Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə67/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   63   64   65   66   67   68   69   70   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
69 
nanca. poieo – edirəm, yaradıram) ilə yanaşı təqlid (yunan-
ca  mimesis - nəzirə) istifadə edir. Aristotelin  fikrincə, hər 
bir poeziya nəzirə və təhkiyə üsulları ilə fərqlənir 
38
. Plato-
nun növlərə bölgüsündə poetik şərhin üsulu əsas kimi çıxış 
edir ki, o hekayənin inkişafını nəzirəyə aid edir. Ən Yeni 
dövrdə  təqlid  yaradıcılıq  amili  qismində  itməyərək  bədii 
prinsipi kimi yerini bədii orijinallıq prinsipinə verir. 
Müasir  rus  ədəbiyyatında  əkstəqlidin  ən  parlaq  bədii 
nümunələrindən  biri  tədqiqatçılar  rus  andeqraunduna  aid 
etdikləri V. Makaninin «Qafqaz əsiri» əsəridir. Əsərin adı 
özündə  müasir  yazıçının  rus  klassik  ənənələrinə  müraciət 
etməsini  göstərir.  Əsəri  mütaliə  etdikcə,  V. Makaninin 
yeni  səpkidə  «qafqaz  problemini»  açıqladığını  müşahidə 
edirik. Müəllif «əsirlik» metaforik məzmunu genişləndirə-
rək rusiya cəmiyyətində fərdi insanın azadlığı probleminə 
diqqəti cəlb edir. Nəticədə «Qafqaz əsiri» hekayəsinin sü-
jetinin qurulması A.S. Puşkin, M.Y. Lermontov, L.N. Tol-
stoy əsərlərinin süjetlərinin antisxemi ilə qurulur. 
Azərbaycan  ədəbiyyatında  Elxan  Qaraqanın  «A»  ro-
manının  plagiat  olması  ətrafında  mübahisələr  bu  gün  də 
davam  etməkdədir.  Elxan  Qaraqanın  bu  romanını  məşhur 
portuqal  yazıçısı  Paulo  Koelyonun  «Portobello  cadugəri» 
(A Bruxa de Portobello) romanından, Çak Palanikin «Dö-
yüşçü klubu» (Fight Club) romanından plagiat olduğu id-
dia edildi. Qeyd etmək istərdim ki, Çak Palanikin «Döyüş-
çü  klubu»  (Fight  Club)  romanı  əsasında  bədii  film  çəkil-
mişdir (kinossenarist Cim Uls, rejissor Devid Finçer). 
Yazar bədii əsər qələmə alarkən, hər hansı bir əsərdən 
təsirlənə bilib ona nəzirə yaza bilər. Azərbaycan ədəbiyya-
                                                 
38
 Аристотель. Об искусстве поэзии. – М., 1957. С. 45. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin