S S a a l l i i d d ə ə Ş Ş ə ə r r i i f f o o v v a a
72
Azərbaycan postmodern romanının obrazları
Obraz anlayışı müasir dövrdə birmənalı qarşılanmır.
Bu istiqamətdə bir çox elm sahələrində (sənətşünaslıq, dil-
çilik, ədəbiyyatşünaslıq, fəlsəfə, estetika, psixologiya və
s.) müxtəlif tədqiqatlar aparılmış və fikirlər irəli sürülmüş-
dür. Rus ədəbiyyatşünaslığında bu anlayış B.Q. Ananyev,
A.L. Andreyev, K. Qoranov, N.K. Qey, P.V. Paliyevski,
V.İ. Tyupa, M.B. Xrapçenko kimi tədqiqatçılar tərəfindən
araşdırılmışdır. Qərb nəzəriyyəsində S.D. Lyuisin «Poetik
obraz», K. Spurceonun «Şekspirin obrazları və onlar bizə
nə deyir», P.N. Furbankın «Yazılı «obrazlar»da refleksi-
ya», M. Henrinin «Poetika və ritorika lüğəti» əsərləri ma-
raq doğurmuşdular. Azərbaycan ədəbiyyatşünaslığında ob-
razların işlənilməsi və tədqiq edilməsi sahəsində Y. Qara-
yevin «Faciə və qəhrəman», N. Paşayevanın «İnsan bədii
tədqiq obyekti kimi», İ. Vəliyevin «Ədəbi portret və xa-
rakter», B. Babayevin «Bədii ədəbiyyatda tipiklik» və di-
gər bu kimi sanballı tədqiqat işləri və monoqrafik tədqiqat-
lar meydana çıxmışdır.
Bədii obraz özündə estetik dəyər təmsil edərək insan
həyatının real lövhələrinin bədii təsviridir. Bədii obraz an-
layışında bədii əsərin ünsür və ya bədii bir hissəsi başa dü-
şülür ki, belə bir fraqment, müstəqil həyat və məzmuna
malik olur: insan obrazı, təbiət obrazı, əşya obrazı, hiss ob-
razı, obraz-təfərrüat və s. Obraz bədii əsərdə müəllif ideya-
larının və bədii təfəkkürünün təzahür formalarından biri-
dir. Obraz varlığın mahiyyətini, əşyaların vəziyyətini və ya
mövcud üsullarını, əşyaların dinamikası və ya bir qrup əş-