Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə78/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   74   75   76   77   78   79   80   81   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
80 
Anar «Ağ qoç, qara qoç» romanında Məlik obrazı şifa-
hi  xalq  ədəbiyyatına  aid  «Məlikməmmədin  nağılı»  ilə  in-
tertekstual əlaqələrə işarə edir. Romanda işıqlı və qaranlıq 
dünyaların  rəmzi  kimi  verilmiş  ağ  və  qara  qoçlar  təsvir 
edilmişdir. 
Şərif Ağayarın  «Haramı» 
46
  romanının  Qoç  Səməndər 
qədim  obrazı  yunan  mifologiyasına  aid  miflər  ilə  inter-
tekstual  əlaqəlidir.  Əsərdə  əsas  hadisələri  əks  etdirən 
mətndən  əlavə  Səməndər  haqqında  on  iki  əhvalatın  nəql 
edilməsi  ilə  yanaşı,  onun  nağıl,  dastan  qəhrəmanları  (yu-
nan  mifologiyası,  Azərbaycanda  ilk  yazılı  mənbə  sayılan 
«Əhməd  harami  dastanı»  və  digər  mətnlər)  ilə  müqayisə 
edilməsi diqqəti cəlb edir. Arvadı Xalidə tərəfindən öldü-
rülmüş Səməndərin yunan mifologiyasında arvadı tərəfin-
dən  zəhərlənmiş  Herakl  ilə  müqayisə  edilməsi  (Rüstəmin 
Səməndər  haqqındakı  romanın  kompüterdəki  parolu  – 
«Herakl» idi, o, itirdiyi romanın variantını xeyli şifrəni sı-
nayandan sonra «Herakl» şifrəsi ilə açır) romanda diqqət-
dən yayınmır. 
Əsərin  qəhrəmanının  adının  Səməndər  adlandırılması 
maraqlıdır. Bu adın əfsanə və nağıllarda sehrli qüvvəyə sa-
hib olan quş adı olması faktı hamımıza bəllidir. Bəzən Si-
murq və ya Ənqa adlandırılan bu quşun folklor nümunələ-
rimizdə xeyirxah qüvvəyə malik olaraq, qaranlıq dünyaya 
düşmüş qəhrəmanları işıqlı dünyaya çıxarması ilə yaddaşa 
həkk  olunub.  Ancaq,  Ş. Ağayarın  «Haramı»  romanında 
Səməndər  xeyirxahlıqdan  uzaq  olan  bir  surət  kimi  təsvir 
edilir. 
                                                 
46
 Ağayar Ş. Haramı. Bakı, ―Qanun‖ nəşriyyatı. 2011. 304 səh. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin