Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə76/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   72   73   74   75   76   77   78   79   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
78 
xin  özünü  oyun  materialına  çevirmək  məqsədi  güdür. 
Volfqanq  Velş  özünün  «Bizim  postmodernist  modern» 
(Unsere postmoderne Moderne, 2002) əsərində qeyd etdiyi 
kimi, «postmodernizm plüralizmin əleyhinə olan hər şeyə 
qarşı yönəlib. O, monizm, unifikasiya, totalitarizm, utopi-
ya və despotizmlərin gizli formaları ilə vidalaşır, əvəzində 
müxtəliflik  və  paradiqmaların  rəqabətinə  keçir» 
42
.  Bəzi 
hallarda  onlar  öz  tarixi  prototiplərin  antipoduna  çevrilir-
lər. Bədii obrazların və onların tarixi prototipləri arasında 
fundamental fərqlər müəlliflər tərəfindən şüurlu yaradılır. 
Bu  tarixin  müəllif  interpretasiyası  ilə  sıx  əlaqəlidir.  Ka-
mal  Abdullanın  «Yarımçıq  əlyazma» 
43
  romanında  tarixi 
şəxsiyyət  olmuş  görkəmli  Azərbaycan  dövlət  xadimi  və 
şairi  Ş.İ. Xətainin  bədii  obrazı  ilə  yanaşı,  «Kitabi  Dədə 
Qorqud» dastanındakı dastan qəhrəmanları Dədə Qorqud, 
Qazan  xan,  Beyrək,  Burla  xatun  və  bu  romanda  təhrif 
olunurlar. 
İlqar Fəhminin «Qarğa yuvası» 
44
 romanında Koroğlu 
xalq yaddaşına hopduğu kimi deyil, əksinə yaltaq, qorxaq 
təsvir  edilir.  Romanda  Keçəl  Həmzə  müsbət  qəhrəman 
kimi,  yəni  dostluğa  etibarlı  bir  insan  kimi  İ. Fəhmi  tərə-
findən  təqdim  edilir.  Kəramət  Böyükçölün  «Çöl» 
45
  ro-
manında  da  Koroğlu  qəhrəmanlıqdan,  mərdlikdən  uzaq 
bir qəhrəman kimi təqdim olunur. İlqar Fəhminin «Qarğa 
yuvası»  postmodern  romanında  Həmzənin  ikinci  dərəcəli 
                                                 
42
 Welsch W.  Unsere  postmoderne  Moderne.  7.  Auflage,  Akademie 
Verlag GmbH, Berlin 2002. P. 346; 
43
Kamal Abdulla. Yarımçıq əlyazma. Bakı: XXI YNE, 2004. 288 səh. 
44
 Fəhmi İ. Qarğa yuvası, Bakı, "Yurd" NPB, 2008; 
45
 Böyükçöl K. Çöl. Bakı: Qanun, 2010. 288 səh. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin