Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə84/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   80   81   82   83   84   85   86   87   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
86 
lir.  Yardımçı  obraz  olan  rəssam  Hüseyn  Əlioğluna  da 
imam Hüseynin adının verilməsinin təsadüfi olmadığı, ya-
zar tərəfindən düşünülərək verilməsini görürük. 
İkinci dərəcəli (yardımçı) obraz kimi əsərdə qəhrəman-
ların  dili  ilə  təhkiyə  aparan  müəllif  obrazını  da  müşahidə 
etmək  olur.  Bu  təhkiyə  bəzən  baş  qəhrəmanın,  bəzən  də 
müəllifin özünün iştirakı ilə müxtəlif formalarda baş verir. 
Müəllif obrazı hadisənin iştirakçısı da ola bilir, ya baş ver-
miş hadisələrin şahidi olur, ya da ki, müəllif obrazının di-
gər  obrazlarla  münasibətləri  özünü  büruzə  verir.  Əsərdə 
müəllif obrazı təhkiyə vasitəsilə əsərdə təsvir edilən hadisə 
və obrazlara, vəziyyət və situasiyalara öz münasibətini bil-
dirir ki, bu da  müəllif haşiyəsi kimi dəyərləndirilir. Qeyd 
etmək  istərdim  ki,  müəllif  haşiyəsi  ilə  söylənilən  fikirlər 
müəllifin münasibətini ifadə edir. Məsələn, Pərviz Cəbra-
yılın  «Yad  dildə»  romanında  müəllif  təhkiyəsi  təsvir  edi-
lən mənzərəni tam açmağa yardım edir: «Selcan bayaqdan 
Çenin  necə  əl-ayağa  düşdüyündən,  onu  saxlamaq  üçün 
şeirdən başqa nəyəsə gümanı gəlmədiyindən ləzzət almışdı 
və  səssizcə  içində  qəşş  eləmişdi.  Çenin  onun  üçün  belə 
əldən-ayaqdan  getməsi,  canfəşanlıq  eləməsi,  öz  sevgisini 
göstərmək üçün dəridən-qabıqdan çıxması ona çox, amma 
olduqca  xoş  gəlirdi».  Qeyd  etmək  istərdim  ki,  əksərən 
müəllifin  obyektiv  nağılçı  kimi  də  qəbul  edilməsi  özünü 
büruzə verir. 
Bədii refleksiyanın variasiyaları ilə bağlı roman növlə-
rini  nəzərdən  keçirəndə,  müəllif  tərəfindən  təqdim  edilən 
obrazların özlərindən gələn mətn kimi əsərə daxil edilməsi 
ilə bağlıdır. Bu sənətkar haqqında roman janrının qarışıqlı-
ğı xüsusiyyətlərini müəyyənləşdirən amillərdən biri sayılır. 
Belə  əsərlər  özlərinə  obrazların  yaradılmasına  və    başqa 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin