Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə87/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   83   84   85   86   87   88   89   90   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
89 
lərin  üzə  çıxarılmasına  cəhdi  və  Koroğlunun  real  təsviri 
deyil, Koroğluya və o dövrə  müəllif təxəyyülündən gələn 
ştrixlərin əldə edilməsidir. «Koroğlu» dastanındakı qəhrə-
mandan  fərqli  olaraq,  İ. Fəhminin  əsərindəki  qəhrəmana 
müəllif tərəfindən əlavə edilən qorxaqlıq ştrixləri ilə qarşı-
mızda başqa bir obraz yaranır. Əsərdə Koroğlu islama ta-
pınır, yanında molla saxlayır, məscidi var, Ramazanı qeyd 
edir,  dəliləri  namaz  qılır,  cin-şeytandan  qorunmaq  üçün 
üstlərində  dua  gəzdirirlər,  Koroğlunun  hərəmxanası  var. 
İ. Fəhmi Koroğlunu qorxmazlıq zirvəsindən endirir, «atan 
kor  edilənə  qədər  niyə  xalq  üçün  döyüşmürdün»  sualını 
verməklə qəhrəmanın xalqı deyil, özünü fikirləşdiyini qa-
bardır. Dastandan fərqli olaraq əsərdə Koroğlunun öz gü-
cünə deyil, «Çənlibel tülküsü» adlandırdığı Həmzənin hiy-
ləsinə inanması özünü göstərir. 
Postmodernizm  romanlarda  mifoloji  obrazlar  qədim 
varislik təsiri ilə yanaşı, yenidən yaradılan «şəhər mifolo-
giyası»nın  elementləri  əsasında  yaradılır.  Şəmil  Sadiqin 
«OdƏrlər» 
52
 romanında mifologizmə xüsusi yer ayrılmış-
dır. Romanda eposlarımızdan gələn obrazların təsirini gör-
məmək qeyri-mümkündür. Belə ki, Dədə Əfəndi, Ata kişi, 
Dəmirçioğlu ağsaqqal obrazları gözümüzdə Dədə Qorqudu 
canlandırır. Söhbətlərində əsasən dini və tarixi mövzulara 
toxunan Dədə Əfəndi əcdad kultunu yeni-yeni elementlər-
lə zənginləşdirərək Dədə Qorqud kimi ibratəmiz söhbətləri 
ilə gələcək nəsillərə nəsihət edir. Bununla belə, «şəhər mi-
fologiyası» «Ulu Şaman» adlı məxfi təşkilatına daxil olan 
insanların obrazlarına təsir göstərir. 
                                                 
52
 Sadiq Ş. OdƏrlər. Bakı, Hədəf Nəşrləri, 2013. 244 səh. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin