Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə83/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   79   80   81   82   83   84   85   86   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
85 
dərəcəli (yardımçı) obrazlara irihəcmli əsərlərdə daha tez-
tez  rast  gəlinir.  Bədii  əsərin  həcmindən  asılı  olmayaraq 
ikinci  dərəcəli  (yardımçı)  obrazların  sayı  müxtəlif  ola 
bilər. 
Qeyd  etdiyimiz  kimi  bir  sıra  postmodern  romanlarda 
tarixi  şəxsiyyətlər  prototiplər  obrazların  yaradılması  üçün 
istifadə  olunur.  Azərbaycan  postmodern  romanında  tarixi 
şəxsiyyətlər əsasən ikinci dərəcəli (yardımçı) qəhrəmanla-
rın  yaradılması  üçün  istifadə  olunur.  Kamal  Abdullanın 
«Yarımçıq əlyazma» romanında Şah İsmayıl obrazı ikinci 
dərəcəli obraz kimi diqqəti cəlb edir. Kamal Abdulla əsər-
də iki Şah İsmayıl (biri həqiqi Şah İsmayıl, o birisi isə Şah 
İsmayıl  -  Xızır)  obrazını  işləmişdir.  Həqiqi  Şah  İsmayılı 
Şahi-Mərdan göylərə səsləyir. Bu səbəbdən də həqiqi Şah 
İsmayıl  səltənətini  Şah  İsmayıl  -  Xızıra  təhvil  verib  qeyb 
olur. Təbii ki, bu tarixi fakt deyil. Burada postmodern sə-
ciyyəli interpretasiya nəticəsi kimi Şah İsmayıl obrazı de-
konstruksiyaya uğrayır. Xətai qəhrəmanlıq zirvəsindən en-
dirilmişdir. Şah İsmayıl obrazının açıqlanmasında imitasi-
ya ustalıqla özünü göstərmişdir. 
Bəzi hallarda ikinci dərəcəli (yardımçı) obrazların ya-
radılmasında  tarixi  şəxsiyyət  prototip  kimi  istifadə  olun-
masa belə, onunla intertekstual  əlaqələr  qabardılır. Pərviz 
Cəbrayılın «Yad dildə» romanında ikinci dərəcəli (yardım-
çı) obraz kimi rəssam Hüseyn Əlioğlu obrazıdır. Rəssamın 
yarımçıq qalan Günəş dənizi tablosu romanda diqqəti cəlb 
edən amillərdəndir. Əqidəsinə sadiq qalan rəssam Polkov-
nikin portretini çəkmək sifarişindən imtina edir. Romanda 
rəssamın  ölümündən  sonra  morqa  gətirilməsi  və  burada 
ölülərin sayının yetmiş ikiyə çatması on dörd əsr əvvəl baş 
vermiş Kərbəlada  yetmiş iki nəfərin qətli ilə əlaqələndiri-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin