Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə82/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   78   79   80   81   82   83   84   85   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
84 
dırma aparmaq üçün gəlmiş Elendir. Romanda Mirasın və 
babasının  gündəliklərindən  bəlli  olur  ki,  Çin  Xalq  İm-
periyası,  həmçinin  də  digər  imperiyalar  və  onların  tərki-
bindəki  cəmiyyətlər  təcrid  olunub,  biri  digəri  haqqında 
yanlış məlumatlara malikdir. Bu yanlış məlumatlar simul-
yakr xarakter daşıyan bədii varlıq yaradır. 
Bir  sıra  postmodern  romanlarda  baş  (əsas)  qəhrəman 
tarixi şəxsiyyət prototipi və ya mifoloji irs əsasında yaradı-
lır. Sabir Rüstəmxanlının «Göy Tanrı» romanın əsas qəh-
rəmanının prototipi ilk türk dövlətinin qurucusu Oğuz xan-
dır. Oğuz xanın tarixi şəxsiyyət olması ətrafına mübahisə-
lər  bu  gün  də  davam  etməkdədir.  Xivəli  Əbülqazi  xanın 
verdiyi məlumata görə, Oğuz xan Məhəmməd Peyğəmbər-
dən 4000 il əvvəl, yəni eramızdan əvvəlki dövrün IV min-
illiyinin  sonlarında,  təxminən  3400-3500-ci  illərdə  yaşa-
mış  tarixi  şəxs  olmuşdur.  N.Y. Biçurin  (İakinf)  isə  Oğuz 
Xanın tarixi şəxsiyyət olmasını və onun eramızdan əvvəlki 
III - II minilliklərdə yaşadığını qeyd etmişdir 
50
. Sabir Rüs-
təmxanlının  «Göy  Tanrı»  romanında  təsvir  edilən  Oğuz 
xan real tarixi şəxsiyyət kimi Azərbaycan, İran, İraq, Suri-
ya  ərazilərini əhatə  edən  geniş  bir arealda  hökmdarlıq et-
miş Oğuz xanın mifoloji irs əsasında yaradılmış obrazıdır. 
Romanlarda əsərin mərkəzi ilə birbaşa əlaqəsi olmayan 
və təsvir edilən hadisələrin gedişatına ciddi təsir göstərmə-
yən ikinci dərəcəli (yardımçı) qəhrəmanlar baş (əsas) qəh-
rəmanın daxili və mənəvi aləminin müəyyənləşməsində bu 
və ya digər dərəcədə yardımçı olur. Bədii əsərdə ikinci də-
rəcəli  (yardımçı)  obrazlar  personaj  da  adlandırılır.  İkinci 
                                                 
50
 Бичурин Н.Я.  Собрание  сведений  о  народах,  обитавших  в 
Средней Азии в древние времена. М.-Л., 1950. С. 225. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin