Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə85/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   81   82   83   84   85   86   87   88   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
87 
janr formalarına həsr olunan və romandan fərqlənən əlavə 
mətnlərə  əlavə  hissələri  daxil  edə  bilər.  D.P. Bak,  belə 
əsərləri nəzərdən keçirərkən təsdiq edir ki, belə halda mət-
nin  refleksiyasının  və  reallığın  refleksiyasının  yeri  var. 
«Ədəbi şüurun tarixi və nəzəriyyəsi: yaradıcı refleks bədii 
əsərdə» əsərində D.P. Bak yazırdı: «Yazıçı xarakteri mey-
dana çıxdı, hansı ki, amma yanaşı dayana bilən, xarici əsə-
rə alternativ olan natamam əlavə əlyazma yaradır». 
İlqar Fəhminin «Akvalanq» 
51
 romanında sənətkar ob-
razına xüsusi diqqət yetirmək lazımdır. İstirahət üçün bağa 
köçmüş  gənc  qadın  təklikdən  sıxılır.  Yoldaşının  məşğul 
olması və ona diqqət yetirməməsindən can qurtarmağa can 
atır. Müxtəlif yollar düşünsə də, nəhayət rahatlığını dəniz, 
balıq və boya iyisi arasında tapır. Bu trio arasında öz dün-
yasını  qurur,  yaradıcılığında  rahatlıq  tapır.  Buna  isə  təsa-
düfən  dənizdə  tapılan  medalyon  şərait  yaradır.  Bundan 
sonra əsərin qeyri-adi inkişaf xətti, yəni «əsər içində əsər» 
strukturu formalaşır və reallıqla təxəyyül arasında sərhədin 
itməsi baş verir. Romanda sənətkar qadın kimi həyatını ta-
mam fərqli, başqa cür davam etdirir. Qadının gündəliyinin 
əsas  mətndən  fərqləndirilməyən  əsər  novellavari  sonluqla 
başa çatır. 
Postmodern romanlarda mifoloji obrazların təsvir edil-
mə  məqamı  özünün  rəngarəngliyi  ilə  seçilir.  Mifoloji  ob-
raz konkret obraz olmaqdan çox, müəyyən təsəvvürün ifa-
dəsi kimi özünü göstərir. 
Mif tarixi faktları əks etdirməyən harmoniya yaradıcı-
sıdır. Roman isə tarixilik və müasirliyi özündə əks etdirən 
                                                 
51
 Fəhmi İ.  Akvalanq.  http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id 
=1595 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin