Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   56   57   58   59   60   61   62   63   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
66 
tərir. Bu da fabulanın inkişafına gözlənilməzlilik gətirir
əsərdə emosional çalarları zənginləşdirir. Süjeti montaj 
edərək müəllif qaldırılan problemlərin kəskin bədii əks 
olunmasına nail olmuşdur. Xalqın olum və ölüm seçimi 
qarşısında durduğunun kəskin bədii əksi üçün montaj pri-
yomundan geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, 
montajın təsiri əsasında bu seçim dram əsərlərinə xas ka-
tarsis ilə açıqlanmışdı. 
Postmodern roman mübaliğə edilmiş müəllif oyunları-
na meyllidir. Nəticədə həyatın daha problemli aspektlərinə 
toxunan müəllif postmodern oyunları əsərlərdə diskursla-
rın nəzərə çarpdırılmış nümayişkaranə imitasiyasıdır. Post-
modern ədəbiyyatda oyun yazar üçün əsərdə iştirak etmək 
alətinə çevrilir. Yazıçı oyunu formalar, şərtilik, simvollar 
ətrafında başlanılır. Bu zaman müəllif həm mətn, həm də 
oxucu ilə oynayır. Sözə oyun münasibəti «gizlədilmiş» 
məna tapmaq üçün istifadə olunur. Postmodern əsər müəl-
lif oyunu – istənilən kosmoloji modelin ən fundamental və 
arxaik ziddiyyəti olan xaos anlayışının qarşısıalınmaz kimi 
başa düşülməsinin nəticəsidir. Oyun müxtəlif sahələrə aid 
olan hərəkət və əşyaların vahid mədəni məkanı olan xao-
sun qarşısını almaq üçün alət kimi xidmət edir. Kompozi-
siya əlaməti kimi bu oyun daha qabarıq roman-pyesdə hə-
yata keçirilir. 
Roman-pyes özünəməxsus kompozisiya quruluşu ilə 
fərqlənir. Roman-pyesin xüsusiyyəti yalnız epik və drama-
tik başlanğıcın qarışıqlığı deyil, həm də hər hansısa va-
riantlı süjet xətlərinin müxtəlif müəlliflərdə özünəməxsus 
şəkildə büruzə verməsidir, yəni süjet xətti invariantlılığı-
dır. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin