Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   53   54   55   56   57   58   59   60   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

 
 
62 
Azərbaycan postmodern romanında 
süjet və süjet xətləri 
Süjet bir anlayış kimi ta qədimdən ədəbiyyatşünaslığın 
diqqətini cəlb etmiş və bu anlayışa ilkin olaraq Platоnun 
və Aristоtelin əsərlərində rast gəlirik. Aristotelə görə süjet 
«istədiyi yerdə başlanmamalı, istədiyi yerdə bitməməlidir» 
və süjetin «başlanğıcı, ortası və sonu olmalıdır». 
Əsərdə yazıçının həyatdan götürdüyü hadisələri, müşa-
hidə etdikləri faktları qruplaşdırması, sistemə salması və 
onları dinamik inkişafda təsvir etməsi əsərin süjetini təşkil 
edir. Süjet əsasən həyat materialı və surətlərdən təşkil edi-
lir. Bir-biri ilə bağlı olan bu və ya başqa əhvalatı bədii 
əsərdə ardıcıl surətdə müəyyən xətt üzrə inkişaf etdirir. 
Süjet əsərdə təsvir olunan mahiyyət və hadisənin özüdür. 
A. Tamarçenkoya görə süjet roman janrında sərbəst, çevik, 
dəyişkən forma hesab edilir. Bu forma, yəni süjet müəllif-
dən zamanla ayaqlaşmağı tələb edir. Tarixi prosesdə cə-
miyyətdə baş verən tarixi hadisələr süjet qurmaqda yeni 
formalar və təsvir quruluşu doğurduğunu vurğulayan 
A. Tamarçenko 
32
bunu dövrü üçün tipik hadisə hesab edir. 
L. Timоfeyev süjeti bilavasitə hadisə və ya hadisələr siste-
mi kimi dəyərləndirir, sənətkarın həyat şəraitinin tələbi ilə 
təsvir etdiyi xarakterlərin əməlləri ilə açılmasını süjet kimi 
qiymətləndirir 
33

32
Тамарченко А. Поиски современного сюжета. Сб. «Советская 
литература», М.-Л., 1961. С. 242; 
33
Тимофеев Л.И. Основы теории литературы. М., 1971.С. 164. 


Çağdaş Azərbaycan postmodern romanı 
63 
Ədəbiyyatşünaslıqda süjet məsələləri ciddi mübahisə-
lər doğurmuşdur. İ. Erenburq «süjetli romanlar artıq öz 
dövrünü yaşamışdır. İndi oçerklə roman arasındakı sərhəd 
götürülmüşdür. Bunun nəticəsində yeni janr yaranmış-
dır» 
34
fikri ilə romanda baş verən yeniliklərə diqqət yetir-
məyə çağırırdı. Əsərdə süjetsizliyi, N. Aseyev faktlara ya-
zarın passiv münasibəti ilə əlaqələndirirdi. 
Romanda süjet və fabula davamlı əlaqə üçün hadisələ-
rin əsasıdır ki, romanın janr formalarının sabitliyinə gətirib 
çıxarır. A.Y. Esalnek haqlı olaraq, süjet konstruksiyasının 
davamlıq əlamətlərini roman əlamətlərinə aid edir və qeyd 
edir ki, «bu sabitlik romanın zənginləşmiş süjet növünə 
cəlb edir ki, öz diqqətini bir və ya iki qəhrəmanın hərəkət-
ləri ətrafında mərkəzləşdirir, səbəb isə - onun inkişafında 
zaman ardıcıllığı, yəni epizodik hadisələrin dəyişməsinə
başlıcası isə az-çox təcrid olunmuş inkişafıdır» 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin