گشاد از گوش با صد عذر چون نوش شفاعت كرد كاين بستان و بفروش
چو وقت آيد كزين به دست يابيم زحق خدمتت سر بر نتابيم
برآن گنجينه فرهاد آفرين خواند زدستش بستد و در پايش افشاند
Məhəmmədəli Tərbiyət yazır ki, rəssam Şapur və dağ yaran Fərhad Xosrov Pərvizlə Büzüngümid dövrünün tanınmış sənətkarları olmuşlar (11). Zərrinkub göstərir ki, Fərhadla Şahur Çində bir sinifdə oxumuşlar. Şirinə qırx və hovuz çəkən Fərhad ona olan eşqindən dağlara çəkildikdən sonra adı dillərə düşmüşdür (12).
Bəl’əlmi yazır ki, bəzi mənbələr («Mücməlüt-təvarix vəl qisəs») Fərhadı Sipəhbüd-qoşun başçısı, sərkərdə adlandırırlar. Bisütun yazılarının onun adına çıxılması isə səhvdir.
Nizamidən sonra bəziləri onu Həkim Fərhad da adlandırmışlar. Bəziləri isə onun Kəlhor tayfasına aid edirlər (14).
Aşiqlik, sədaqət, güc, qüvvət, şücaət, iradə, sənətkarlıq, şədrşünaslıq Fərhadın ən diqqətəlayiq cəhətlərindəndir. «Kuhkən» («dağ çapan») kimi də tanınan Fərhadın şöhrəti bütün dünyaya yayılmışdır (15).
Əşkani şahlarından 5-cisinin adı yunanca «Fra ates» kimi tələffuz olunur ki, bu da pəhləvicə «Frhat», farsca Fərhad formasına düşmüşdür. Bəzi tədqiqatçılar onu adı epik rəvayətlərə yol tapmış qədim dövrün şahlarından biri hesab edir (16).
Fərhadın aşiqliyi əhvalatı Nizamidən öncəki farsdilli şifahi ədəbiyyatda mövcud olmuşdur. Lakin bu eşq əhvalatı yalnız Nizamidən sonra geniş miqyasda yayılmışdır. «Hind səbki»ndə yazan şairlər bu mövzuda maraqlı obrazlar yaratmışlar (17).
İran tədqiqatçısı Xanləri Nizaminin Fərhadı ilə Səfəvilər dövrünün böyük şairi Vəhşi Bafqinin Fərhadını müqayisə edərək yazır: «Nizaminin Fəhadı arif və ədibanə bir şəxsiyyət olsa da, sadəlövh bir işçidir. Vəhşinin Fərhadı isə öz dəyərini yaxşı bilən bir sənətkardır» (18).
Qeyd etmək istərdik ki, bu poemasında Nizami Xosrov Pərvizin məcazı eşqinə qarşı Fərhadın arifanə eşqini qoymuqşdur ki, tədqiqatçı İqbal Lahuri demişkən, məcazı eşqləri həqiqi eşqlərdən fərqləndirsin (19).
Dostları ilə paylaş: |