به هر نكته كه خسرو ساز مي كرد جوابش هم به نكته باز مي كرد
چوعاجز گشت خسرو در جوابش نيآمد بيش پرسيدن صوابش به ياران گفت كز خاكي و آبي نديدم كس به اين حاضرجوابي
Nizaminin Fərhadının diqqəti cəlb edən gözəl xüsusiyyətlərindən biri onun nəhəng cüssəli və güclü olmasıdır. Nəhəng cüssəli, güclü olmaq Fərhad üçün çox zəruridir, çünki o qayaları yarıb arx çəkməlidir, dağ döşündə keçid yaratmalıdır:
درآمد كوه كن مانند كوهي كز او آمد خلايق را شكوهي
چو يك پيل از ستبري و بلندي به مقدار دو پيلش زورمندي
به هر زخمي فكند از پاي كوهي كزان آمد خلايق را شكوهي
Fərhadın başqa bir keyfiyyəti heykəl yonma məharətidir ki, bu, əsərdə ancaq bir əyləncə kimi göstərilir. Dağı yarmaqla məşğul olan Fərhadın əyləncə üçün gördüyü ilk işi daş üzərində Şirin, Xosrov və Şəbdizin surətlərini yonmaq olur. Nizami bunun səbəbini açıqlamır:
برآن كوه كمر كش رفت چون باد كمر دربست و زخم تيشه بگشا د
Dostları ilə paylaş: |