QURANDA:
المر تِلْكَ آيَاتُ الْكِتَابِ وَالَّذِيَ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ الْحَقُّ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يُؤْمِنُونَ
"Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın (Quranın) ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır, lakin insanların (Məkkə müşrikləri) əksəriyyəti (ona) inanmaz".
QURANDA:
لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعاً مُّتَصَدِّعاً مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
"(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin. (Halbuki ağıl və ruh sahibi olan insan Onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə düşünələr”.
Orta əsrlərdə şair və ədiblərin öz yaradıcılığında Qurandan faydalanması müxtəlif və rəngarəng olmuşdur. Sənətkarların yaradıcılığında Quran ayələri həm islamın müqəddəs kitabı, həm möhtəşəm sənət abidəsi, həm əxlaqi-mənəvi qaynaq, həm də yığcam ibrətamiz ifadələr şəklində işlənmiş və bir çox hallarda şairlər öz sözünün etibarını artırmaq üçün Quran ayələrinə istinad etmişlər. Qurandan istifadə sadəcə şair və ədibin Tanrı kəlamına olan rəğbətini bəyan etməklə kifayətlənməmiş, həm də sənətkarın ifadə etdiyi düşüncələrin daha təsirli və məzmunlu olmasına xidmət etmişdir. Quranın mətni bir neçə baxımdan sənətkarların diqqətini cəlb etmişdir:
1. Müsəlmanların etiqad kitabı.
2. Əxlaqi təlim və hikmət mənbəyi.
3. Tarix, mədəniyyət və mənəvi dəyərlər toplusu.
4. Zəngin bəlağət qaynağı və əzəmətli söz abidəsi (4.s.39).
Onu da əlavə edək ki, Ərəb-müsəlman dünyasında təkcə bəlağət deyil, kitab mədəniyyəti, dil, ədəbiyyat, lüğətçilik, poetikanın yaranma və inkişafı da Quranı öyrənmək və öyrətmək zərurəti ilə bağlı olmuşdur.
Maraqlı haldır ki, Quran təkcə klassik yazılı ədəbi prosesə deyil, folklor mədəniyyətinə və aşıq poeziyasına da güclü təsir göstərmişdir. Bu baxımdam klassik aşıq yaradıcılığı və müxtəlif sənətkarlar tərəfindən söylənilən xalq dastanları xüsusilə seçilir. Bu istiqamətdə aparılan ilkin müşahidələr Quran motivlərinin sözügedən ədəbi növə necə dərindən nüfuz etdiyini sübut edir.
Quran motivlərinin klassik aşıq ədəbiyyatına təsiri və nüfuzunun ən bariz nümunələri Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cuma və Aşıq Ələsgər kimi sənətkarların yaradıcılığında müşahidə edilir. Onlar üzərində ayrı-ayrılıqda təhlil aparmaq lazım gəlir. Bu məqalədə isə bir sıra xalq dastanlarından seçilmiş nümunələr əsasında həmin mövzunun mühüm cəhətlərinə toxunulur.
Öncə “Dilsuz və Xəzəngül” dastanından bir bəndə diqqət yetirək:
Əfsus ki, oldu qəfildən,
Siyah ruyum, qara baxtım!
Düşdüm tükənməz bəlaya,
Yanır cismim nara, baxtım! (5.s.18)
Son beytin axırıncı misrasında (Yanır cismim nara, baxtım!) işlətdiyi “od” kəlməsi ilə Qurani-Kərimin əsas mövzularından olan – cəhənnəm oduna işarə edilmişdir. Cəhənnəm odunun yerinə görə müxtəlif ayələrdə işlədilməsi ayıqkən yatmış insanları oyatmaq və onları haqq yoluna çağırmaq məqsədi daşıyır və Qurani-Kərimin aşağıdakı ayələrində öz əksini tapır:
Bəqərə: 10, 17, 24, 124, 168, 176, 22, Ali-İmran: 10, 24, 103, 131, 151, 185, 192, Nisa: 14, 30, 56, Maidə: 37, 72, Ənam: 128, Əraf: 38, Hud: 17, 18, 98, İbrahim: 30, Həcc: 19, Qəsəs: 41, Ənkəbut: 25, Kəhf: 53, Nəml: 90.
Bunlardan bəzi ayələri nəzərdən keçirək:
Dostları ilə paylaş: |