Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə120/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   116   117   118   119   120   121   122   123   ...   232
Ədəbİyyat:


  1. " Xəriydətu Əl qəsr və Cəriydətu əl asr " İmadəddin İsfahani

  2. Dr. Adnan Məhəmməd " Xəriydətu Əl qəsr və cəriydətu əl asr" kitabına yazdığı şərh və müqəddimə. ( Tehran 1999) Birinci nəşr

  3. http://ar.wikipedia.org حياة عماد الدين الإصفهاني

  4. http://ar.wikipedia.org مؤلفات كاتب عماد الدين الأصفهاني


Mahirə Qulİyeva

(Ədəbiyyat İnstitutu)
Quran motİvlərİnİn yazılı İrsdən dastanalara nüfuzu
Keçmişə xas bütün böyük mədəniyyətlərin əsas komponentlərindən biri dini mətnlərdir. Qədim dövrlərdə olduğu kimi, Orta əsrlər mədə­niy­yətinin təşəkkülündə dini mətnl­ərin təsiri olduqca böyük­dür. Hə­min təsir özünü ədəbiyyat və incəsənətdə daha bariz şəkildə göstərir. İs­tər Yunan-Avropa, istər Hind-Çin və istərsə də ərəb müsəlman mə­də­niy­yətində bədii yaradıcılıq bu və ya digər şəkildə dini mətnlərin həm üs­lub və həm də məzmun təsirinə məruz qal­mışdır. Qeyd etmək lazım­dır ki, dini mətnlərdə təkcə ibadət və etiqad prinsiplərinin təlimi nəzər­də tutulmur. Həmin mətnlərin təhlili göstərir ki, burada insanların həyat tərzi, adət və ənənələri, icti­mai məsələlər, əxlaq və davranış qaydaları ilə yanaşı müxtəlif mifik təsəvvürlər, kainatın yaranması və quruluşu haq­qında dü­şün­cələr, mövcud cəmiyyətin ayrı-ayrı problemləri və hətta bir sıra elmi fikirlər geniş yer tutur. Başqa bir tərəfdən, dini mətn­lərin top­lu­munda geniş miqyasda folklor materialı işlə­nir. Buna misal olaraq Töv­rat və İncil mətnlərini göstərmək olar (2.s.8). Eyni zamanda dini mətn­­lər öz emosional təsiri və bədii quruluşu baxı­mından bədii yaradı­cı­lı­ğın bir çox xüsusiyyətlərini özündə cəm­ləşdirir. Buna görə də ədəbi pro­sesdə gedən bu cür qarşı­lıqlı əlaqə və təsir nəticəsində dini mətn­lə­rin bədii əsərlərə təsiri güc­lüdür. Bu baxım­dan müsəlman xalqlarının ədə­bi yaradıcılığı xüsu­silə seçilir. İslamın müqəddəs kitabı olan Qura­nın Şərqin söz ustadlarının yaradıcılığında yeri və təsiri çox önəmlidir (3, s.11-12) Quran Şərqin əksər dahi söz ustadlarının yaradıcılığında də­yərli bir qaynaq kimi təm­sil edilir.

Qurani-Məcid müsəlman xalqlarının dini-əxlaqi və ictimai hə­yatını təmsil edən müqəddəs kitabdır. On dörd əsr ərzində Quranın məna və məfhumları müxtəlif istiqa­mətlərdə bizim icti­mai və fərdi həyatımızın ayrı-ayrı sahələrinə birbaşa və dolayısı yolla təsir gös­tərmişdir. İlkin lüğətlər və qrammatika kitabları, sonra isə bəlağət, bəyan və fəsahət elmləri Quranı öyrənmək zə­ru­rətindən yaranmış­dır. Quran sözünün yaranması haqqında müx­təlif rəylər olsa da bu sö­zün əsas mənası "oxumaq" deməkdir. Çünki Quran əvvəllər yazıya alınmamış və kitab şəklində olma­mışdır. Quran ayələri müəyyən avazla oxunmuş və öz bədii quru­luşuna görə dinləyicilərə təsir gös­tərmiş­dir. Quran yazıya alın­dıqdan sonra "müshəf" adlandırıl­mış­dır.

Orta çağlarda tarixçilər, katiblər, xətiblər, yazıçı və şairlər Quranın tək­cə məna və məfhumlarından deyil, hətta bədii üslubi xüsusiyyət­lə­rin­dən və bəlağət sistemindən faydalanmışlar. Onlar öz yazdıqlarının eti­bar və dərəcəsini artırmaq üçün Tanrı kəla­mına söykənmişlər. Qura­nın təsiri Rəd surəsinin 1-ci və Həşr surəsinin 21-ci ayələrində göstə­ri­lir.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin