وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
“(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim:7)
وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْناً عَلَى وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ
“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman: 14)
إِن تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنكُمْ وَلَا يَرْضَى لِعِبَادِهِ الْكُفْرَ وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى ثُمَّ إِلَى رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
“Əgər küfr etsəniz (Allahın nemətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dünyada) nə etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!” (Zumər: 7)
فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَى مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَن لَّوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ
“Onun (Süleyman) üçün nə istəsə – məbədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır” (Səba: 13).
Dilsuz və Xəzangül dastanındakı bu bəndə nəzər salaq:
Çaylar aşıb gedib bəhri ümmana,
Baxdıqca açılır qəlbim hər yana.
Nə xoş mənzərədi, dönüb rizvana,
Boyanıb yer üzü əlvan olubdu.(5.s.31)
***
Həzərat, məclisimiz rövzeyi-rizvan kimidi,
Ziynəti, hər büsatı nəqşi-Süleyman kimidi. (5.s.13)
Dünya evi deyilən bu xanimanda daimi sakin yoxdur. Allahın səltənəti altında qərar tutan dünya evi qalası yurd deyil, bir keçid məqamıdır (6; 18). Belə bir dünya evində insanın ən ümdə vəzifəsi doğru yola – siratəl-müstəqimə üz tutan karvanda öz yerini tutmasıdır. Karvan getməyində, zaman isə insanların əməllərinə şahid olmağa davam etsin!... Son nəticə lövhü-məhfuza bağlı olacaq. Haqq olanlar Cənnətə, nahaqq olanlar cəhənnəmə gedəcəklər (Səba: 26).
Yuxarıda qeyd etdiyimiz hər iki misalda “Dönüb rizvana” və “Rövzeyi-rizvan” ifadələri ilə ən gözəl bağ olan cənnətə işarə edilmişdir.
Qurani-Kərimdə fani və əbədi dünya, cənnət və cəhənnəm məsələləri ana xətlərdən birini təşkil edərək əksər ayələrdə öz əksini tapmışdır; Ali-İmran: 15,198; Nisə: 13, 57, 122; Maidə: 12, 119; Tövbə: 72, 89, 100; Yunus: 9; İbrahim: 23; Nəhl: 31; Taha: 76; Furqan: 10; Saffun: 12 və s.
Quran ayələrindən bir neçə nümunə verək:
Dostları ilə paylaş: |